Emin Əmrullayev Elm, Texnologiya və İnnovasiya üzrə 2 ci “Bir kəmər, bir yol” nazirlər iclasında çıxış edib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 11 iyun, AZƏRTAC
Elm və təhsil naziri Emin Əmrullayev Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, bir yol” konfransı çərçivəsində Elm, Texnologiya və İnnovasiya üzrə 2-ci “Bir kəmər, bir yol” nazirlər iclasında çıxış edib.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Nazir çıxışında Azərbaycan Respublikası tərəfindən beynəlxalq elmi əməkdaşlıq, innovasiya yönümlü inkişafın təşviqi və bilik əsaslı iqtisadiyyatın qurulması istiqamətində görülən işlər və planlaşdırılan fəaliyyətlər barədə məlumat verib.
Daha sonra iki ölkə arasında elm, təhsil və texnologiya sahələrində əməkdaşlığın Azərbaycan Respublikası üçün strateji prioritet olaraq müəyyənləşdiyini və Çin Xalq Respublikası ilə süni intellekt və təmiz enerji kimi yüksək əhəmiyyətli sahələrdə birgə tədqiqatların, texnologiya transferinin və insan kapitalı mübadiləsinin gücləndirilməsinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini qeyd edib.
Baxış sayı:126
Bu xəbər 11 İyun 2025 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















