Emin Əmrullayev Nesibe Aydın ın prezidenti ilə görüşüb GƏLƏCƏYƏ HESABLANIN MÜZAKİRƏ/FOTO
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev Türkiyənin tanınmış qadın basketbol klublarından olan "Nesibe Aydın"ın prezidenti Mirkan Aydınla görüşüb.
İdman.biz xəbər verir ki, görüşdə iki ölkə arasında qadın basketbolunun inkişafı, ortaq layihələr və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Tərəflər gələcəkdə müxtəlif yaş qrupları üzrə qadın basketbolçular arasında birgə turnirlər və təlim proqramlarının həyata keçirilməsi perspektivlərini də dəyərləndiriblər.
Əmrullayev Türkiyə basketbolunun bölgədəki təcrübəsindən faydalanmağın müsbət tərəflərindən danışıb və "Nesibe Aydın" klubunun qadın basketbolundakı uğurlarını yüksək qiymətləndirib. Qarşılıqlı olaraq, Mirkan Aydın da Azərbaycan basketbolunda son illərdə müşahidə olunan inkişafı təqdir edərək, gələcək əməkdaşlıqlarda uğurlu nəticələrin qeydə alınacağına inandığını bildirib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 21 İyul 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















