Emin Əmrullayevin yüksək vəzifəyə gətirdiyi Famil Rüstəmov KİMDİR?
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutuna yeni icraçı direktor təyin olunub.
Ölkə.az-ın İqtisadiyyat.az saytına istinadən verdiyi xəbərə görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə iqtisad üzrə fəlsəfə doktoru, dosent Famil Vəli oğlu Rüstəmov təyin edilib.
O, bu təyinatadək İnstitutun Aqrar sektorun iqtisadi problemləri şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, 2023-cü ildən indiyədək İnstitutda icraçı direktor vəzifəsi vakansiyaya çıxarılıb. 2023-cü ilədək isə İqtisadiyyat İnstitutunun icraçı direktoru Müşviq Atakişiyev olub. O, 12 il əvvəl – Elm və Təfəkkür Universitetinin rektoru olduğu dövrdə qətlə yetirilən prorektor Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilərək 2023-cü ildə məsuliyyətə cəlb edilib və 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda məhkəmənin hökmü ilə 14 il 6 ay azadlıqdan məhrum edilib.
Baxış sayı:47
Bu xəbər 22 Yanvar 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















