Icma.az
close
up
RU
Qədir Rüstəmov kimdir?

Qədir Rüstəmov kimdir?

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az Qədir Rüstəmov haqqında materialı təqdim edir.

Qədir Rüstəmov 1935-ci ildə Ağdamda anadan olub və Ağdam rayonu Güllücə kənd orta məktəbində təhsil alıb.

Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb.

Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – "Rast", "Çahargah" lentə alınaraq radionun fondunda saxlanılır. Onun ifasında "Sona bülbüllər" mahnısı xüsusilə sevilib.

14 dekabr 2011-ci ildə Türkiyənin İstanbul şəhərində vəfat edib və Bakı şəhərində dəfn olunub.

Mükafatları:

21 mart 1989-cu ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

30 dekabr 1992-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı

14 fevral 1997-ci ildə "Şöhrət" ordeni

11 iyun 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

Həyatı haqqında:

Xanəndə ilk dəfə 11 yaşından ifa etməyə başlayıb. O, həmin illərdə ilk müəllimi Bahadur Mehrəliyev ilə toylara gedirmiş. Qədir Xan Şuşinski ilə də elə həmin toylardan birində rastlaşıb. O, Qədirə, - "Ay qara oğlan, oxu görək. Səsini yaman tərifləyirlər, görək nə qüdrətə maliksən",- deyir. Qədir "Qarabağ Şikəstəsi"ni ifa edir və Xan Şuşinski onu çox bəyənir. Həmin toyda Seyid Şuşinksi də Qədirin ifasında "Çahargah"a qulaq asır. Beləcə onu çox bəyənir və Bakıya dəvət edirlər. Bakıda musiqi məktəbində oxuyan Qədir imtahandan kəsilir və məktəbdən uzaqlaşdırılır. Lakin o, daha sonra Ağdama qayıdır və Konservatoriyada oxuyur.

Deyilənə görə, ilk qadın bəstəkarlarımızdan Ağabacı Rzayeva bir dəfə onun "Sona bülbüllər" ifasını eşidərkən ürəkdən ağlayıb və huşunu itirib. Xanəndənin "Sona bülbüllər" ifasından sonra bu mövzuya 300-ə yaxın şeir həsr edilir.

Qədir Rüstəmov "Üzeyir ömrü" filmində Cabbar Qaryağdıoğlunun obrazını canlandırıb. Yazıçı Anar onu buna görə güclə razı salır. Lakin çəkiliş meydançasında bir nəfərin, - "Qədiri necə razı sala bildin?"- sualını eşidən xanəndə buna çox əsəbiləşir və oranı tərk edir.

Xalq artisti Arif Babayev onun haqqında xatirələrini bölüşərkən deyib ki, "Sona bülbüllər"i ondan əvvəl də ifa edənlər olub, lakin Qədir kimi yanıqlı oxuyan olmayıb. Bu ifa təkcə Azərbaycanda yox, bütün Şərq dünyasında sevilib. Qədir Rüstəmovun bu ifası Qızıl Fondda saxlanılır.

Qədir Rüstəmov haqqında maraqlı faktlardan biri isə budur ki, ona Bakıdan ev də verilib, amma o, heç vaxt paytaxta köçmək fikrində olmayıb. Sənətkar Qəbələdə yaşayıb.

Yoldaşı Fatma Rüstəmova onun haqqında xatirələrini bölüşərkən deyib ki, Qədirə zəng edib hansısa nazir toya çağıranda, oxumağını istəyəndə, - getmirəm, - deyirmiş. Rayona hanısa yüksək vəzifəli şəxs gələndə onu oxumaq üçün dəvət edirmişsə, balıq tutmağa getdiyini söyləyib imtina edirmiş.

Xanəndənin dostları, incəsənət adamları onunla bağlı xatirələrində qeyd edirlər ki, Qədir Rüstəmov Ağdamın azad olunacağı, orada oxuyacağı günü xəyal edir, arzulayırmış. Ağdam işğal ediləndə o, şəhəri ən sonda tərk edənlərdən olub. Deyilənə görə, ömrünün son günlərində Türkiyədə müalicə olunarkən vəziyyəti ağırlaşır, komaya düşür. Həkimlər vəziyyətini müəyyənləşdirmək üçün dostu Aqil Abbasdan onun qulağına nəsə pıçıldamağı xahiş edirlər.

Aqil Abbas sənətkarın qulağına, - "Ay Qədir, Ağdamı alıblar. Dur gedək", - deyir. Can üstə olan xanəndə bu xəbərdən sonra əllərini tərpətsə də, komadan ayılmır.

"Müğənnilərlə dost olmamışam, çünki..." - Azad Zamanovla müsahibə - Anons Azıx mağarası haqqında kitabın Londonda təqdimatı keçirilib Sevgi, xəyanət və ölüm - Məşhur qadın obrazları
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:414
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 Mart 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see570

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see231

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see216

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see208

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see206

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see196

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see189

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see189

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see183

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see183

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see179

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see176

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see174

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see173

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see172

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see170

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see170

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see168

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri