Icma.az
close
up
RU
Emin Hüseynovun casusluğa görə aldığı pulları açıqladı

Emin Hüseynovun casusluğa görə aldığı pulları açıqladı

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Münhen Təhlükəsizlik Konfransına ilk dəfə qalib dövlətin rəhbəri kimi, sülh gündəliyi ilə qatıldığını bəyan edən Prezident İlham Əliyevin ətrafında yaradılan kənar informasiya ajiotajı sifarişli idi. Vətəndaşlığını və mənliyini itirən Emin Hüseynovların demokratiya sualı, əslində, Azərbaycanın Qələbəsini qəbul edə bilməyən və son bir ayda daha da azğınlaşan dairələrin koordinasiyalı əks-hücum  kampaniyası idi”.
Demokrat.az
“Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. 
“Emin Hüseynov Azərbaycanın Birinci xanımından insan haqlarının vəziyyətini soruşur. Mehriban xanım Əliyeva isə sərt və güclü  iradəsini cəmi iki cümlə ilə nümayiş etdirir. Bəli, Vətən müharibəsində kişi libası geyinib səngərdə vuruşan, mərmi altında yaralı və şəhid övladlarını çiyinlərində daşıyan və bir gündə iki oğlunu torpağa əmanət edən Azərbaycan qadını mənəviyyatca özgə təyyarəsi və paltarı ilə Avropaya qaçan fərarilərdən qat-qat yüksəkdədir.
Ən böyük insan haqqı öz doğma torpaqlarında yaşamaq, qurub-yaratmaqdır. Ali Baş Komandanla çiyin-çiyinə şəhid ailələrini bağrına basan, müharibənin ilk günlərində yaralı döyüşçülərin ağrısını qəhəri ilə bölüşən Mehriban xanımın nöqtəvi və sərrast cavabı, on illərdir dövlətimizə qarşı aparılan böhtan kampaniyasını iflasa uğratdı, təkcə Prezident ailəsinin deyil, bütün azərbaycanlı xanımların iradəsinin ifadəsi oldu.
Emin Hüseynovlar üçün Azərbaycan hələ də 20 faiz natamamdır, işğal altındadır. Xüsusi xidmət orqanlarının əməkdaşı amerikalı Sarah Polsvortla əlaqələrdən sonra casusluğuna görə 1 milyon 500 min manat mükafat alan və 250 min vergi borcunu İsçevrə dövlətinə ödətdirən bir şəxs avropalı siyasi liderlərin qarşısına qaçıb tələb etmir- nədən bir zəngilanlının, kəlbəcərlinin evini tikmirsiniz, niyə dahi Füzulinin adını daşıyan torpağın minadan azad olunmasına əl uzatmırsınız?!
Emin və Mehman Hüseynovların informasiya terrorunu erməni daşnakları belə aparmır. Görün indi hansı qüvvələrlə savaşırıq”, - millət vəkili qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Fevral 2026 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see438

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see324

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see320

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see317

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see313

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see306

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see275

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see274

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see269

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see268

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see262

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see262

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see261

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see261

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see257

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see236

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see236

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see227

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see208

Yemək saatlarına DİQQƏT: Ömrünüzü qısaldır ARAŞDIRMA

21 Noyabr 2026 16:47see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri