Emin Mahmudov premyer liqanı Türkiyə superliqasına dəyişə bilər qardaş ölkədən təklif var!
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Emin Mahmudov bu mövsümün sonunda “Neftçi”dən ayrıla bilər.
“Football-plus.az”a verilən məlumata görə, təcrübəli futbolçunun xidmətində maraqlı olan bir neçə klub var. Siyahıda yenicə superliqaya vəsiqə qazanan “Kocaelispor”un da adı yer alıb.
Bölgə təmsilçisi Eminə “Neftçi”dən daha çox maaş və 2 illik müqavilə təklif etmək niyyətindədi. Sövdələşmə baş tutsa, yarımmüdafiəçi ən qısa vaxtda yayda qardaş ölkəyə yollanmaq məqsədi ilə hazırlığa başlayacaq.
Xatırladaq ki, Eminin “ağ-qaralar”la müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq. O, cari “futbol ili”ndə “Neftçi”nin heyətində 3-ü ölkə kubokunda, 18-i premyer-liqada olmaqla 21 oyun keçirib. Futbolçu bu görüşlərdə 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
KƏNAN BAHADIR
Baxış sayı:140
Bu xəbər 23 Aprel 2025 00:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















