Icma.az
close
up
RU
Emin “Neftçi”yə 2025 də ilk qələbəsini qazandırdı

Emin “Neftçi”yə 2025 də ilk qələbəsini qazandırdı

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Neftçi (Bakı) - Şamaxı 1:0 (1:0)
93. Rza Cəfərov (k) - 6,0
10. Filip Ozobiç - 5,5
(18. Rinosuke Ohori, 70) - 5,0
8. Emin Mahmudov - 6,5
3. Höccət Haqverdi - 6,0
19. Azər Salahlı - 5,5
4. Elvin Camalov - 6,0
91. Ağadadaş Salyanski - 5,5
(77. Yeqor Boqomolski, 70) - 5,0
14. Edvin Kuç - 4,5
(13. Emil Səfərov, 46) - 5,0
44. Yuri Matias - 5,5
24. Mustafa Sek - 5,5
88. Andrey Ştoqrin - qiymətsiz
(99. Ervin Koffi, 12) - 5,5
Ehtiyat oyunçular
1. Emil Balayev
30. Rustam Samiqullin
7. Azər Əliyev
90. Ramil Şeydayev
78. Elcan Əbilov
47. Murad Məmmədov
23. Robert Bauer
20. Alfa Konte
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Emin Mahmudov
1. Rikardo Fernandes - 5,0
17. Rafael Məhərrəmli - 5,0
5. Arsen Ağcabəyov - 5,0
82. Rüfət Abbasov - 5,0
(14. Vüsal Məsimov, 90) - qiymətsiz
24. Edqar Adilxanov - 5,0
(23. Murad Vəliyev, 90) - qiymətsiz
32. Vasiliye Radenoviç - 5,0
20. Leroy Mikels (k) - 6,0
93. Brahim Konate - 5,5
9. Belajdi Pusi - 5,0
(12. Maykl Tuik, 76) - qiymətsiz
3. Vladislav Veremeyev - 5,0
(18. Cəlal Hüseynov, 67) - 4,5
33. Alfons Msanqa - 4,0
(30. Andrey Tırkovyanu, 46) - 5,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
62. Abdulla Seydəhmədov
60. Səbayıl Bağırov
6. Rauf Rüstəmli
19. Fəxri Məmmədli
89. Cəfər Muxtarov
66. Vasiliye Bakiç
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Leroy Mikels
Qol: E.Mahmudov, 45+3-p.
Vərəqə: A.Msanqa, 21 (qeyri-idman hərəkəti). A.Salyanski, 45 (hakimin qərarına etiraz). V.Veremeyev, 63 (qeyri-idman hərəkəti). C.Hüseynov, 79 (qeyri-idman hərəkəti). B.Konate, 82 (qeyri-idman hərəkəti). R.Məhərrəmli, 90+2 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Akif Əmirəli, Rahil Ramazanov, Kamranbəy Rəhimov (hamısı Bakı).
VAR hakimi: Elçin Məsiyev (Bakı).
VAR hakiminin köməkçisi: Elşad Abdullayev (Bakı).
Hakim-inspektor: Feyzulla Feyzullayev (Bakı).
AFFA nümayəndəsi: Asif Əliyev (Bakı).
31 yanvar. Bakı. "Neftçi Arena". 1200 tamaşaçı (11000 yerlik).
Hər hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Cümə günü - həftəsonuna, başqa sözlə, istirahət gününə açılan qapı... Saat 18.30... Paytaxtın göbəyində "Neftçi" - "Şamaxı" matçı... Məncə, hansısa futbolsevəri, xüsusilə "Neftçi" azarkeşini bundan daha xoşbəxt edəcək mənzərə haqda düşünmək məntiqəuyğun olmaz.

İş orasındadı ki, meydan sahiblərini dəstəkləmək üçün stadiona təşrif buyuranlar həm də nigaran görünürdü. "Heç olmasa, bu dəfə..." ifadələri dilə gəlməsə də gözlərindən oxunurdu desək, yanılmarıq. Və "ağ-qaralar" artıq 3-cü dəqiqədən tərəfdarlarını ümidləndirməyə başladı. Daha doğrusu, Matias Elvinin ötürməsindən sonra təxminən 40 metr məsafədən fərqlənmək eşqinə düşdü ki, Rikardo təhlükəni sovuşdurdu. Ardınca özünü cərimə meydançasının həndəvərinə çatdıran Rüfət məhsuldar ötürmə müəllifi ola bilərdi. Lakin Höccətin müdaxiləsi topun Konateyə çatmasına imkan vermədi. 8-ci dəqiqədə Mikels bəxtini sınayanlar sırasına qoşuldu. O, yaxın məsafədən hesabı açmağa cəhd etsə də, Elvin buna şərait yaratmadı. "Şamaxı"nın ən real qol vəziyyəti 13-cü dəqiqəyə təsadüf etdi. Daha doğrusu, Mikels dirəyi "nişan aldı". Pusinin fərqlənməsinə isə Rza mane oldu. Bundan sonra "Neftçi"nin hücum cəhdləri qeydə alındı. Əvvəl Ağadadaş rəqibin müdafiə xəttini yara bilmədiyindən uğursuzluğa düçar olsa da, ardınca Ozobiç topu tora qovuşdurdu. İş orasındadı ki, qol onun oyundankənar vəziyyətdə olması üzündən sayılmadı. Hər halda, "ağ-qaralar" paltardəyişmə otağına hesabda öndə yollana bildi. Ona görə ki, Msanqanın cərimə meydançasına daxil olan Eminin qarşısını kobud müdaxiləylə aldığını görən Rəşad Əhmədov dərhal "nöqtə"ni göstərdi. Topun arxasına keçən Mahmudov "çərçivə"ni dəqiq nişan almaqla cari mövsümdə qol hesabı da açdı.
İkinci hissə təhlükəli vəziyyətlər baxımından rəngarəng olmadı. Həm "Neftçi", həm də "Şamaxı" bir neçə dəfə fərqlənmək istəsə də, hesab dəyişmədi. "Ağ-qaralar" Sek sayəsində fərqi artıra bilərdi. Amma top tirdən döndü. Koffinin zərbəsini isə Rikardo dəf etdi. "Şirlər"dən Tırkovyanu və Rüfətin qeyri-dəqiqliyi Mikelsin Rzayla təkbətək mübarizədən məğlub ayrılmasıyla müşayiət olundu. 83-cü dəqiqədə Eminin cərimə zərbəsindən birbaşa "çərçivə"ni nişan almaqla dubl etmək arzusunu Rikardo gözündə qoydu. Beləliklə, "Neftçi" 2025-də ilk qələbəsini qazandı və xal hesabında “Sumqayıt”a çatdı. "Şamaxı"nın durumu isə daha da çətinləşdi. Ayxan Abbasovun komandası son 14 turda cəmi bir qələbə qazanıb.
Gözdən qaçmadı
* "Forza Neftçi" tribunalardakı yerini almışdı. "Şamaxı" isə səfərdə dəstəksiz qalmışdı
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:356
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Fevral 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri