Əminə Ərdoğan Bişkekdə liderlərin xanımları ilə görüşdü
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Qırğızıstan Prezidenti Sadır Japarovun həyat yoldaşı Aygül Japarovanın dünya liderlərinin xanımları üçün təşkil etdiyi proqrama qatılıb.
Turkustan.az xəbər verir ki, Əminə Ərdoğan Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən tədbirə Aygül Japarovanın dəvəti ilə iştirak edib. O, Ala-Arça Enesai Dövlət Qonaq Evinə gəldikdə Japarova tərəfindən qarşılanıb.
Proqramda Azərbaycan Prezidenti İlham Əliyevin həyat yoldaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Çin Prezidenti Si Cinpinin həyat yoldaşı Pen Liyuan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin həyat yoldaşı Ziroat Mirziyoyeva da iştirak ediblər.
Əminə Ərdoğan Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə Dünya Köçəri Oyunlarının açılış mərasimi və Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Zirvə Toplantısında iştirak etmək üçün Bişkekə səfər edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 01 Sentyabr 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















