Icma.az
close
up
RU
Kaliforniya Trampa qarşı məhkəmə iddiası qaldırdı Qoşun yeritdiyinə görə

Kaliforniya Trampa qarşı məhkəmə iddiası qaldırdı Qoşun yeritdiyinə görə

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Kaliforniya ştatı və qubernator Gevin Nyusom ABŞ Prezidenti Donald Tramp, Pentaqon və müdafiə naziri Pit Hegsetə qarşı məhkəməyə müraciət ediblər. Səbəb isə Trampın Los-Ancelesə Milli Qvardiya qoşunlarını yeritmək qərarıdır. San-Fransiskodakı Federal Dairə Məhkəməsinə təqdim edilən iddia ərizəsində (.pdf) bildirilir ki, Tramp bu qərarı ilə federal qanunvericiliyi və Konstitusiyanı pozub.

Qaynarinfo bu barədə "Moscowtimes”a istinadla xəbər verir

"Tramp dəfələrlə fövqəladə səlahiyyətlərindən istifadə edərək icra hakimiyyətinin qanuni sərhədlərini aşmağa çalışıb. 7 iyun şənbə günü o, yerli hakimiyyət orqanlarının nəzarətində olan etiraz aksiyasından istifadə edərək, daha bir görünməmiş səlahiyyət zəbtinə cəhd etdi – bu dəfə Kaliforniya ştatının suverenliyi bahasına və Milli Qvardiyanın ali baş komandanı kimi qubernatorun səlahiyyətlərinə qarşı”, – deyə sənəddə qeyd olunur.

Bu səbəbdən ştat məhkəmədən Milli Qvardiyanın yerləşdirilməsi ilə bağlı qərarın ləğvini və bu qüvvələr üzərində nəzarətin qubernatora qaytarılmasını tələb edir.

Tramp Kaliforniyaya 2000 nəfərlik Milli Qvardiya və 700 dəniz piyadası göndərmişdi. Bu addım ABŞ Göç İdarəsi (ICE) tərəfindən qeyri-qanuni miqrantlara qarşı reydlər nəticəsində baş verən kütləvi iğtişaşlardan sonra atılmışdı. Los-Ancelesdəki etirazçılara qarşı hərbçilər gözyaşardıcı qaz və səs-kəsici qumbaralardan istifadə ediblər.

Tramp isə bu əməliyyatı "əla yerinə yetirilmiş iş” adlandıraraq bildirib ki, əgər hərbçilər göndərilməsəydi, şəhər "külə dönərdi”. O, Kaliforniya və Los-Anceles rəhbərliyini iğtişaşlara qarşı kifayət qədər tədbir görməməkdə günahlandırıb və qubernator Nyusomun "son dərəcə səriştəsiz” olduğunu deyərək, onun həbs olunmasını dəstəklədiyini bildirib. Kaliforniya qubernatoru isə Trampın bu bəyanatını "avtoritarizmə doğru açıq addım” adlandırıb.

Kaliforniya baş prokuroru Rob Bonta bildirib ki, Tramp Milli Qvardiyanın göndərilməsi üçün yalnız bir dəfə – 1970-ci ildə prezident Riçard Nikson tərəfindən poçt işçilərinin tətili zamanı poçtun çatdırılması məqsədilə istifadə olunmuş bir qanundan istifadə edib. Bundan başqa, bu, 1965-ci ildən – prezident Lindon Consonun Aabama ştatında vətəndaş hüquqları yürüşünü qorumaq üçün qoşun yeritməsindən sonra, qubernatorun razılığı olmadan bu qanunun tətbiq olunduğu ilk haldır.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 İyun 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri