Icma.az
close
up
RU
Əmlaka dair yeni qaydalar müəyyənləşir Şərtlər belə olacaq

Əmlaka dair yeni qaydalar müəyyənləşir Şərtlər belə olacaq

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Dövlət kadastrı mülkiyyət növündən asılı olmayaraq Azərbaycanın hüdudları daxilində yerləşən bütün daşınmaz əmlaka münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə aparılacaq.

Moderator.az xəbər verir ki, bununla bağlı "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Qanuna dəyişiklik təklif edilir.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, dövlət kadastrına məlumatlar aşağıdakı hallarda daxil ediləcək:

- daşınmaz əmlak üzərində hüquqların ilkin dövlət qeydiyyatının aparılması məqsədilə daşınmaz əmlakın dövlət reyestrinə hüquq sahibləri tərəfindən müraciət edildikdə;

- dövlət kadastrını aparan orqana (quruma) bu Qanunun 6.1-ci maddəsində nəzərdə tutulan məlumatların yaranması, dəyişməsi və ləğvi barədə sənəd və ya məlumat daxil olduqda;

- dövlət və ya bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakın, həmçinin hüquqi və ya fiziki şəxslərin qanuni istifadəsində olub üzərində hüquqların dövlət qeydiyyatına alınmamış daşınmaz əmlakın dövlət kadastr məlumatlarının toplanılması məqsədilə dövlət sifarişi olduqda.

Layihədə qeyd edilib ki, dövlət sərhədləri, ərazi vahidlərinin, bələdiyyələrin və yaşayış məntəqələrinin sərhədləri, torpaq sahəsinin kateqoriyası, təyinatı, ərazi planlaşdırılması və zonalaşdırılmasına dair məlumatlar, infrastruktur obyektləri və onların mühafizə zonaları barədə məlumatlar, Azərbaycan Respublikasının daxili suları (çaylar, göllər və s.) və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi və onların mühafizə zonalarına dair məlumatlar, habelə daşınmaz əmlakın dövlət reyestrinin I fəslinin məlumatları dövlət kadastrına daxildir.

Sənədə görə, dövlət kadastrının torpaqla bağlı məlumatlarının dövri olaraq yenilənməsini təmin etmək üçün Azərbaycanın bütün ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqatı aparılır və dövlət kadastrında müvafiq dəyişikliklər ediləcək.

Torpaq sahələrinin yerdə (naturada) tədqiqatı aşağıdakı müddətlərdə aparılır:

- torpaq və geobotaniki tədqiqat - 10 ildə bir dəfə;

- aqrokimyəvi tədqiqat - 5 ildə bir dəfə.

Torpaq mülkiyyətçisinin, icarəçisinin və ya istifadəçisinin sifarişi ilə tədqiqat işləri müvafiq müddətlər gözlənilmədən aparıla bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 İyun 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri