Əmrə Bələzoğlu: Fransa ilə oyunda ürəyim Azərbaycan millisinin yanında olacaq EKSKLÜZİV
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 10 oktyabr, AZƏRTAC
Türkiyə millisinin sabiq futbolçusu, karyerası ərzində ölkəsində “Qalatasaray”, “Fənərbağça”, İtaliyada “İnter”, İngiltərədə “Nyukasl” və İspaniyda “Atletiko Madrid” kimi tanınmış komandalarda oynamış Əmrə Bələzoğlu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Parisdə Fransa və Azərbaycan yığmaları arasında keçiriləcək görüş haqqında fikirlərini bölüşüb.
Veteran yarımmüdafiəçi AZƏRTAC-a eksklüziv açıqlamasında oyunun çətin keçəcəyini bildirib.
O, rəqibin kifayət qədər güclü komanda olduğunu vurğulayıb: “Azərbaycan millisinin bəzi matçlarını izləmişəm. Təəsssüf ki, nəticələr istənilən kimi deyil. Fransa yığması güclü komandadır. Onların fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Bugünkü qarşılaşmada ürəyim Azərbaycan millisi ilə olacaq. Ölkənizi çox sevirəm. Futbolunuzun daim inkişaf etməsini istəyirəm. Bütün Azərbaycan xalqına salamlarımı çatdırıram”.
Qeyd edək ki, bu gün “Park de Prens” stadionunda keçiriləcək Fransa - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 10 Oktyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















