Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Ən ali hisslərdən biri...

Ən ali hisslərdən biri...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mərhəmətlə yoğrulan cəmiyyətlər!

Ümumdünya Mərhəmət Günüdür

Mərhəmət hissi bu gün dünyada yaşanan bütün sosial və psixoloji ünsiyyət problemlərinin əsas həllidir. Bu duyğu yüksək olan insanların yaşadığı cəmiyyət ilk növbədə sevgisizlik problemini aradan qaldırır, insanlar ünsiyyətin ən ali formasınadək yüksəlirlər. Mərhəmətlə yoğrulan cəmiyyət kin, ədalətsizlik və neqativlə yüklənmir.

Dünya şöhrətli mütəfəkkirlərin, yazıçıların fikrincə, mərhəmət hissi ən ali insani hissdir. Empatiya hissi ilə yaxın məna daşıyan mərhəmət hissi başqasının ağrısını ürəyində hiss etmək mənasında da işlənir. Bəzən mərhəmət hissini empatiya, rəğbət, şəfqət, bağışlama, fədakarlıq kimi hisslərlə eyniləşdirirlər. Lakin mərhəmət hissi qloballaşan dünyada hər gün bir az da yalnızlaşan insanlığın daha çox ehtiyacı olan duyğudur.

Yeri gəlmişkən, noyabrın 28-i Ümumdünya Mərhəmət Günü və ya Ümumdünya Şəfqət Günü kimi qeyd olunur. Bu günün bayram kimi qeyd olunmasının təşəbbüskarı - hind şairi, jurnalist və ictimai xadim Pritiş Nandi sayılır.

Günün keçirilməsində məqsəd hər hansı bir canlıya - insanlara, heyvanlara, bitkilərə zorakılıq etməməkdir. İlk dəfə Mərhəmət Günü 2012-ci ildə Hindistanın Mumbay şəhərində müxtəlif ölkələrin fəallarının iştirakı ilə keçirilib. O vaxtdan bəri Ümumdünya Mərhəmət Günü hər il keçirilir və bu gün mərhəmət prinsiplərinin tərəfdarları dünya əhalisini Sülhə, Sevgiyə və Qarşılıqlı Anlaşmaya çağırır.

Fədakarlıq, mehribanlıq, sevgi....

Psixoloq Aytən Ələkbərova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, mərhəmət hissinin insana və ətrafındakılara faydası tərəziyə qoyulmayacaq qədər dəyərlidir. Onun sözlərinə görə, mərhəmət vicdanı rahatladan, bizi insan olmaqdan uzaqlaşdırmayan və sağlam mənəviyyatlı edən vasitədir: “Yaşadığımız dilemmalardan, gördüyümüz çətinliklərdən, qarşılaşdığımız problemlərdən, çiynimizdəki yüklərdən ancaq mərhəmətlə xilas ola bilərik. Mərhəmət hissini bir az da mehribanlıqla müqayisə edə bilərik. Mərhəmət xeyirxahlıqdır, mehribanlıqdır, sevgidir. Bu, şəxsi maraq və xeyir güdmədən başqa insanı başa düşmək istəyidir, bir növ fədakarlıqdır”.

Heyvanlara qarşı amansızlıq edən uşaqlar

Psixoloq qeyd edib ki, uşaqlara kiçik yaşlardan mərhəmət duyğusunu öyrətmək çox vacibdir, çünki mərhəmət hissini tanımadan böyüyən uşaqlar az deyil: “Bunu küçədəki canlılara zərər verən uşaqları gördükcə anlamaq olur. Uşaqlar bəzən heyvanlara qarşı amansız ola, onu daşla vura və qısnaya bilirlər. Bəzən itin qulaqlarını, quyruğunu kəsən, quşların qanadını qoparan uşaqları da görürük. Heyvana mərhəmət hissi olmayan insanın insanlara da mərhəməti olmayacaq”.

Virtual platformaların mərhəmət hissinin itirilməsində rolu

Psixoloqun fikrincə, insanların mərhəmət hissini itirməyinin əsas səbəblərindən biri virtual platformalardır: “Sosial şəbəkələr həyatımıza bu qədər pərçimləndikdən sonra dələduzluq, aldatma, yalan da onlayn müstəviyə keçdi. İnsanların mərhəmətindən, inamından və etibarından sui-istifadə edən fırıldaqçıların sayı getdikcə artdı. Bəzi insanlar rəqəmsal dünyanı gəlir mənbəyinə çevirdilər. Yalan paylaşımlarla insanların mərhəmətindən istifadə edib pul tələb edən bu adamlar insan ləyaqətinin nə qədər alçala biləcəyini göstərdilər. Beləliklə, bəzən onların kölgəsində qalan, həqiqətən ehtiyaclı, xəstəsi olan insanlara  inamımız zamanla yox oldu”.

“Sosial şəbəkələr həyatımıza bu qədər pərçimləndikdən sonra dələduzluq, aldatma, yalan da onlayn müstəviyə keçdi. İnsanların mərhəmətindən, inamından və etibarından sui-istifadə edən fırıldaqçıların sayı getdikcə artdı. Bəzi insanlar rəqəmsal dünyanı gəlir mənbəyinə çevirdilər. Yalan paylaşımlarla insanların mərhəmətindən istifadə edib pul tələb edən bu adamlar insan ləyaqətinin nə qədər alçala biləcəyini göstərdilər. Beləliklə, bəzən onların kölgəsində qalan, həqiqətən ehtiyaclı, xəstəsi olan insanlara  inamımız zamanla yox oldu”

Yeganə BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Noyabr 2024 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see445

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see427

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see409

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see279

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see275

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see264

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see260

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see245

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see239

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see230

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see220

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see215

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see200

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see197

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see191

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see191

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see189

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see184

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see166

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri