Icma.az
close
up
RU
Ən balaca uçan robot hazırlandı

Ən balaca uçan robot hazırlandı

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Robototexnikanın miniatürləşdirilməsı texnoloji inkişafla məhdudlaşır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, avtonom robot enerji mənbəyi, idarəedici elektronika və hərəkətverici mexanizmlərlə təchiz olunmalıdır ki, bunlar da birlikdə onun çəkisini və ölçülərini müəyyənləşdirir. Uçan platformalar halında isə bu məsələ qat-qat çətinləşir. ABŞ-dan olan alimlər bu problemin həllini tapıblar. Onlar enerji və idarəetmə sistemlərini platformanın xaricinə çıxararaq dünyanın ən kiçik sərbəst uça bilən robotunu yaradıblar. Gələcəkdə belə miniatür robotlar bitkilərin tozlandırılması üçün həşəratların yerini tuta və ya iri platformaların çata bilmədikləri çətin yerlərdə yoxlamalar apara bilərlər.

Kaliforniya Universitetinin Berkli kampusundan olan alimlərin bu barədə Science Advances jurnalında yayımlanan tədqiqatı bu istiqamətdə atılmış ilk addım olub. Uçan robotdan mühərrikləri, enerji mənbələrini, akkumulyatorları və idarəedici elektronikaları çıxarmaq ideyası diametri 9.4 mm və çəkisi 21 mq olan balaca qurğunun yaradılmasına səbəb olub. Bu, ulduz və ya hiroskopa bənzər çıxıntısı olan kiçik bir propellerdir.

Qurğunun yuxarı hissəsində qalınlığı 0.5 mm və diametri 1 mm olan iki daimi maqnit yerləşdirilib. Xarici elektromaqnit sahəsinin təsiri maqnitlərin müəyyən tezliklə və düzgün istiqamətdə fırlanmasına səbəb olur. Bu fırlanma qaldırıcı qüvvə yaradır və ona uzaq məsafədən nəzarət etmək mümkündür.

Arıya bənzər ölçüdə olan bu robot havaya qalxa, havada sabit qala və bütün istiqamətlərdə hərəkət edə bilir - laboratoriya masasının səthinə heç bir fiziki bağlantısı olmadan. Robotun uçuşun sabitləşdirilməsi və məkan daxilində yönləndirilməsi üçün sensorlarla təchiz edilməsi onun idarəolunmasını artıracaq və gələcəkdə praktiki istifadəyə imkan verəcək. Hətta bu gün belə, müəyyən dəqiqliklə bu mümkündür.

İş sahəsinin kənarlarında yerləşdirilmiş güclü elektromaqnitlər bu cür robotların müəyyən hündürlükdə və istənilən istiqamətdə hərəkət etmələrini təmin edə bilər. Lakin alimlər hələ də real praktik dəyərə malik robotlaşdırılmış həşəratların yaradılması yolunun başlanğıcındadırlar. Bu yol hələ qabaqdadır - və asan olmayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Aprel 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri