Icma.az
close
up
RU
Ən çox bu bölgələrin müəllimləri sertifikasiyadan kəsilib STATİSTİKA KONKRET

Ən çox bu bölgələrin müəllimləri sertifikasiyadan kəsilib STATİSTİKA KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

“Müəllim kəsilib”  bu ifadə bir zamanlar yalnız şagirdlər üçün işlədilirdi. İndi isə vəziyyət dəyişib. Artıq müəllimlər də imtahan verir, nəticələr isə bəzən gözlənildiyindən də sərt olur.

Bu il bəzi rayonlarda onlarla müəllim sertifikasiya imtahanından keçə bilməyib. Statistikalar göstərir ki, imtahanda minimal keçid balını toplaya bilməyənlərin sayı heç də az deyil.

Ötən il sertifikatlaşdırma imtahanından kəsilən 3 338 müəllim bu il yenidən imtahanda iştirak etdi. Onların arasında imtahana girməyən, nəticəsi ləğv olunan və ən əsası müvafiq keçid balını toplaya bilməyən 2 346 nəfərin müqaviləsinə isə əmək qanunvericiliyinə uyğun olaraq xitam verildi.

KONKRET.az azrdu.az-a istinadən xəbər verir ki, ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilmiş təkrar sertifikasiya imtahanında nəticəsi uğursuz olan və bu səbəbdən ən çox əmək müqaviləsinə xitam verilən müəllimlərin bölgələr üzrə siyahısını hazırlayıb.

Siyahını təqdim edirik:

Ağdam 94

Lənkəran 89

Gəncə 69

Sabirabad 68

Kəlbəcər 55

Abşeron 54

Zaqatala 52

Şəmkir 50

Tovuz 50

Göyçay 34

Salyan 34

Şamaxı 25

Quba 25

Əldə olunan rəqəmlər göstərir ki, sertifikasiya imtahanından kəsilərək əmək müqaviləsinə xitam verilən müəllimlərin sayı kifayət qədər çoxdur. Bu, müəllimlərimizin öz vəzifə borcunu yetərincə yerinə yetirmədiyini, bilik və bacarıqlarını vaxtında yeniləmədiklərini açıq şəkildə ortaya qoyur. Belə müəllimlərin təhsil sistemində qalması şagirdlərin gələcəyinə birbaşa zərbə vurur və ölkənin təhsil keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

Bu, həm də onların təhsil sahəsindəki peşəkar standartlara və tələb olunan səviyyəyə cavab vermədiyini göstərir. Müəllim peşəsi yüksək məsuliyyət və davamlı özünüinkişaf tələb edir. Uğursuzluğu qəbul etmək və təkmilləşməyə meyl göstərməmək bir müəllim üçün qəbuledilməzdir.

Sertifikasiya imtahanlarında kəsilən müəllimlərin sayı ciddi xəbərdarlıqdır. Bu peşədə yalnız ən hazırlıqlı və məsuliyyətli şəxslər qalmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Avqust 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see156

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see151

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri