Icma.az
close
up
RU
Ən çox tələb görən ixtisaslar Adlar

Ən çox tələb görən ixtisaslar Adlar

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qəbul imtahanları bitdi. Qarşıda abituriyentləri daha maraqlı, eyni zamanda, həlledici bir mərhələ gözləyir. Bu, ixtisas seçimi mərhələsidir. Bu gün seçilən ixtisas gələcək üçün, iş tapmaq baxımından olduqca vacibdir.

Hazırda əmək bazarında kimlərə, hansı ixtisasın sahiblərinə daha çox tələbat var?

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, bütövlükdə təhsil sistemi ilə, xüsusən də ali təhsillə əmək bazarı arasında əlaqənin gücləndirilməsinə ciddi ehtiyac var:

“Son illərin təhlilləri göstərir ki, ali təhsilli məzunların əmək bazarına daxil olması və iş tapması bəzən çətinliklərlə müşayiət olunur. Bunun qarşısını almaq üçün bir tərəfdən ixtisaslar əmək bazarının tələblərinə uyğun yenilənməli, digər tərəfdən isə abituriyentlər ixtisas seçərkən dörd il sonranın çağırışlarını da nəzərə almalıdır. Texnologiya sürətlə inkişaf edir və süni intellekt, robot texnologiyaları, informasiya texnologiyaları sahəsində ixtisaslara tələbat durmadan artır. Bu ixtisaslar həm bu günün, həm də yaxın gələcəyin əsas istiqamətləridir”.

Deputatın sözlərinə görə, ənənəvi olaraq iqtisadiyyat, hüquq, xüsusilə maliyyə ixtisasları da populyarlığını qoruyur.

“Çünki həm makro, həm mikro səviyyədə maliyyə üzrə ixtisaslaşmış kadrlara ehtiyac var. Eyni zamanda, mühəndislik və şəhərsalma ixtisasları da strateji əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri və şəhərlərin yenidən planlaşdırılması bu sahələrə böyük ehtiyac yaradır. Nəticə etibarilə, abituriyentlər seçim edərkən yalnız bu günün deyil, dörd il sonra məzun olduqları vaxtın əmək bazarını da düşünməlidirlər”, - deyə Vüqar Bayramov əlavə edib.

Abituriyentlərin ixtisas seçiminə ən çox hansı amillər təsir edir?

Bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov Trend-ə bildirib ki, Azərbaycanda abituriyentlərin ixtisas seçiminə təsir edən əsas faktorlar uzun illərdir ki, strukturlaşmış və məqsədyönlü yanaşmadan uzaq, fərdi, emosional və informasiyasız qərarlar əsasında formalaşır:

“İxtisas seçimi, əslində, təkcə təhsil deyil, həm də əmək bazarının və iqtisadi inkişafın istiqamətləndirilməsi alətidir. Bu prosesin sağlam aparılması həm insan kapitalının səmərəli istifadəsi, həm də gələcək işsizliyin qarşısının alınması üçün strateji əhəmiyyət daşıyır. Lakin təəssüf ki, Azərbaycan təhsil sistemi bu mərhələni planlı şəkildə idarə edə bilmir və abituriyentlərin əksəriyyəti seçim zamanı düzgün istiqamət ala bilmir.

Statistik göstəricilər bu prosesin nə qədər plansız getdiyini təsdiqləyir. Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, 2023-cü ildə ixtisas seçimi edən abituriyentlərin 42%-i bal uyğunluğuna görə qərar verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2024-cü ilə olan göstəricilərinə əsasən, universitet məzunlarının 36%-i ixtisası üzrə iş tapa bilmir. Bu, deməyə əsas verir ki, qəbul zamanı verilən qərarlar əmək bazarının tələbi ilə uzlaşmır. Məzunların 21%-i isə ya işləmir, ya da qeyri-rəsmi sektorda çalışır. Təhsilə çəkilən resurslar nəticədə real iqtisadi dövriyyəyə çevrilmir və dövlət üçün itkiyə səbəb olur”.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5.0.7-ci maddəsində göstərilir ki, təhsilin məqsədi cəmiyyətin və əmək bazarının tələblərinə uyğun insan kapitalı formalaşdırmaqdır.

“Lakin təhsil sistemində bu prinsip reallıqda özünü göstərmir. Nə orta məktəbdə peşə yönümlü təlimlər var, nə də Elm və Təhsil Nazirliyi tərəfindən əmək bazarının ehtiyaclarına dair illik proqnoz və yönləndirmə mexanizmləri hazırlanır. Abituriyentlər hansı ixtisasların gələcəkdə iş imkanı verdiyini, hansılarının riskli olduğunu bilmədən seçim edirlər. Müsbət cəhət ondan ibarətdir ki, bəzi sahələrdə (məsələn, İKT, maliyyə, səhiyyə) həm əmək bazarında tələbat, həm də abituriyent marağı üst-üstə düşür. Bu, daha çox sosial şəbəkələrin və şəxsi müşahidələrin təsiri ilə baş verir. Amma bu sahədə dövlətin rolu passivdir. Heç bir ictimai marifləndirmə kampaniyası aparılmır. DİM tərəfindən hazırlanan “İxtisas seçimi bələdçisi” cəmi statistik rəqəmlərdən ibarətdir və analitik deyil. Elm və Təhsil Nazirliyi isə əmək bazarına dair orta və uzunmüddətli proqnozlar təqdim etmir, regionlar üzrə peşə tələbatı xəritəsi hazırlamır. Bu səbəbdən tələbə seçimləri milli insan resursunun inkişafı baxımından idarə olunmur”, - K.Əsədov əlavə edib.

O vurğulayıb ki, dünya təcrübəsində ixtisas seçimi uzunmüddətli və mərhələli şəkildə hazırlanır:

“Almaniyada şagirdlərə 9-cu sinifdən etibarən “Berufswahlpass” (peşə seçim pasportu) verilir, buraya onların maraqları, bacarıqları və təcrübə nəticələri daxil edilir. Finlandiyada məktəblərdə “opinto-ohjaaja” adlanan təhsil məsləhətçiləri fəaliyyət göstərir və onlar şagirdlərin fərdi karyera planlamasında iştirak edirlər. ABŞ-də isə “college counselor” sistemi vasitəsilə şagirdlərə peşə seçimində psixoloji və informativ dəstək verilir. Bu modellərdə dövlət yalnız qaydaları tənzimləmir, həm də yönəldici və məlumatlandırıcı mexanizmlər yaradır.

Azərbaycanda isə bu sahədə sistemli yanaşma yoxdur. Heç bir orta məktəbdə rəsmi peşə yönümlü məsləhət xidməti fəaliyyət göstərmir. Tələbələr və valideynlər yalnız sosial medianın təsiri, qohum-tanışın məsləhəti və ya “deyilənə görə, bu sahə yaxşıdır” fikri ilə hərəkət edirlər. Bu isə həm ailələrin maddi və emosional itkilərinə, həm də insan kapitalının deqradasiyasına səbəb olur.

Elm və Təhsil Nazirliyi bu istiqamətdə marifləndirmə işləri aparmır, mütəmadi təhlillər paylaşmır, proqnozlar açıqlamır, universitetləri tələbə yönümlü hesabat verməyə təşviq etmir. Nazirlik planlı iş görmür, dəyişikliklər texniki səviyyədə qalır”.

Kamran Əsədov bildirib ki, ixtisas seçiminə təsir edən əsas amillər – topladığı bal, ailə və cəmiyyət təzyiqi, universitet nüfuzu, təhsil haqqı və gəlir perspektivi – əslində, abituriyentlərin real maraq və bacarıqları ilə üst-üstə düşmür.

“Bu disbalans aradan qalxmasa, hər il universitetlərdən minlərlə işsiz məzun çıxacaq. Bu isə təkcə fərdi yox, milli problemə çevriləcək. Bu vəziyyəti dəyişmək üçün təhsil sistemində karyera planlamasına əsaslanan strukturlaşmış mexanizmlər qurulmalı, peşə yönümlü dərslər və təcrübə proqramları məktəb dövründən tətbiq olunmalı, əmək bazarı proqnozları təhsil planlamasında əsas meyar kimi istifadə edilməlidir. Əgər bu dəyişikliklər edilməzsə, ölkə diplomlu, lakin peşəsiz və işsiz gənclərlə dolacaq. Elm və Təhsil Nazirliyi bu sahədə artıq müşahidəçi yox, yönləndirici olmalıdır. Əks halda təhsil sistemimiz gələcəyi yox, keçmişi təkrarlayan bir mexanizm olaraq qalacaq”, - deyə o fikirlərini tamamlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://sfera.az
archiveBu xəbər 19 İyul 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri