Ən ucuzu 2,500, bahalısı 54,900 Özəl məktəblərdə dodaquçuqladan qiymətlər
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Azərbaycanda özəl məktəblərin illik təhsil haqları məlum olub.
Bakupost.az Milli.az-a istinadən xəbər verir ki. ən ucuz məktəblərdə ödənişlər 2,500 AZN civarında başlasa da, ən yüksək qiymət 54900 AZN-dir.
Maraqlıdır, qiymətlərin belə yüksək olmasının səbəbi nədir?
Təhsil eksperti Elmin Nuri Milli.Az-a açıqlamasında bildirib ki, özəl məktəblərin yüksək təhsil haqları artıq bir neçə ildir ictimai müzakirə mövzusu olsa da, bu məsələ adətən qısa müddət gündəmdə qalır və daha sonra yenidən arxa plana keçir. Onun sözlərinə görə, real vəziyyət isə problemin həlli istiqamətində irəliləyiş deyil, əksinə, ildən-ilə qiymət artımının davam etdiyini göstərir.
Ekspert qeyd edib ki, mövzu əsasən media və təhsil subyektləri tərəfindən müzakirə olunsa da, sistemli yanaşma və davamlı mexanizmlər formalaşmır.
Elmin Nuri bildirib ki, Azərbaycanda lisenziya almış özəl məktəblərin sayı kifayət qədər azdır və onların böyük əksəriyyəti paytaxtda fəaliyyət göstərir:
"Filialların çoxluğu məktəb sayının çoxluğu demək deyil. Bir hüquqi şəxsə məxsus bir neçə filial faktiki olaraq bazarda real rəqabət yaratmır. Bu vəziyyət təhsil bazarında valideynlərin seçim imkanlarını ciddi şəkildə məhdudlaşdırır".
Ekspertin sözlərinə görə, özəl məktəblərin sayı azaldıqca, bu təhsil müəssisələrinə olan tələbat artır:
"Minlərlə şagirdin cəmi 30-40-a yaxın özəl məktəb arasında bölüşdürülməsi qiymətlərin süni şəkildə yüksəlməsinə səbəb olur. Rəqabət mühiti zəif olduğu üçün bazar özünü tənzimləyə bilmir".
Elmin Nuri vurğulayıb ki, özəl məktəblərin sayı əhəmiyyətli dərəcədə artsa, tələb-təklif mexanizmi qiymətlərin müəyyən qədər balanslaşmasına imkan verə bilər:
"Hazırda özəl təhsil bazarı ümumilikdə bahalıdır. İstər məktəblər, istər bağçalar, istərsə də liseylər. Amma ən ciddi qiymət artımı məhz özəl məktəblərdə müşahidə olunur".
Təhsil eksperti qiymət artımının arxasında yalnız mənfəət amilinin dayanmadığını da qeyd edib. Onun sözlərinə görə, özəl təhsil müəssisələrinin ciddi xərcləri mövcuddur. Bu xərclərə yüksək icarə haqları, infrastruktur və texniki avadanlıq, şagirdlərin qidalanması, nəqliyyat xərcləri, müəllimlərin əməkhaqları, beynəlxalq tədris proqramları və lisenziyaların alınması, eləcə də əlavə dərnək və inkişaf proqramları daxildir:
"Özəl məktəbi və özəl liseyi olan bir neçə şəxslə şəxsən danışmışam. Onlar elə detallar deyiblər ki, adamın az qala onlara yazığı gəlib. Hətta bir dəfə bir özəl təhsil müəssisəsinin rəhbəri ilə danışanda az qala cibimdə olan az miqdarda pulu çıxarıb özünə verəcəkdim ki, "qardaş, buyur, bunu da götür bəlkə bir dərdinə bir əlac eləyərsən".
Elmin Nuri bildirib ki, özəl məktəblərdə yalnız tam ştatla çalışan müəllimlərin maaşları nisbətən yüksək olur:
"Paralel olaraq dövlət məktəbində də çalışan müəllimlərin özəldə əldə etdiyi gəlir çox zaman cəmiyyətin düşündüyü qədər yüksək olmur".
Ekspert əlavə edib ki, özəl məktəblər təqdim etdikləri xidmətlərə görə bir-birindən ciddi şəkildə fərqlənir:
"Bəzi özəl məktəblərdə illik təhsil haqqı təxminən 3 min manat civarındadır. Bu tip məktəblərdə adətən yemək, nəqliyyat, dərnəklər və digər əlavə imkanlar təqdim olunmur".
Onun sözlərinə görə, daha yüksək qiymətli özəl məktəblər əsasən iki model üzrə fəaliyyət göstərir:
"Bəzi məktəblərdə bütün xidmətlər paket şəklində təqdim olunur və valideynə seçim hüququ verilmir. Digər məktəblərdə isə valideyn bəzi xidmətlərdən məsələn, yemək, nəqliyyat və ya əlavə dərnəklərdən imtina edərək təhsil haqqını müəyyən qədər azalda bilir".
Sonda Elmin Nuri vurğulayıb ki, özəl məktəblərin əsas üstünlüklərindən biri xarici tədris proqramları və alternativ təhsil metodlarını ölkəyə gətirməsidir:
"Bu, təhsilin keyfiyyəti baxımından mühüm amildir və müəyyən məbləğin ödənilməsini qismən əsaslandıra bilər. Lakin məsələ yalnız fərdi seçim deyil, təhsil bazarının sağlam formalaşdırılmasıdır. Özəl məktəblərin sayının artırılması, rəqabətin gücləndirilməsi və şəffaf qiymət mexanizmləri tətbiq olunmadan bu problem uzun müddət aktuallığını qoruyacaq".
Elon Musk ın xAI şirkəti ilə ABŞ Savaş Nazirliyi arasında süni intellekt əməkdaşlığı – Grok modelləri hərbi sistemlərə inteqrasiya olunacaq
ABŞ Savaş Nazirliyi (Department of War) ilə Elon Muskın süni intellekt şirkəti xAI arasında strateji əməkdaşlıq qurulub. Bu barədə rəsmi açıqlama dekabrın 22 də verilib. Məqsəd xAI ın Grok modellərini Pentagonun daxili süni intellekt platforması GenAI.mil ə daxil etməkdir ki, bu da ölkənin müdafiə və təhlükəsizlik əməliyyatlarında qabaqcıl AI texnologiyalarından istifadəni mümkün edəcək.
Əməkdaşlıq çərçivəsində Grok modelləri ilə təchiz olunmuş sistem 2026 cı ilin əvvəlində istifadəyə veriləcək. Platforma Impact Level 5 (IL5) səviyyəsində təhlükəsizlik sertifikatına malik olacaq ki, bu da gizli olmayan, lakin həssas hökumət məlumatlarının təhlükəsiz idarə olunmasına imkan verəcək.
Bu inteqrasiya sayəsində təxminən 3 milyon hərbi və mülki nazirlik əməkdaşı xAI ın qabaqcıl AI alətlərinə çıxış əldə edəcək. Məlumatlar real vaxt rejimində işlənəcək, bu da qərarvermə prosesini sürətləndirəcək. Bundan başqa, istifadəçilər X platformasından canlı qlobal məlumat axınına çıxışla geniş mənzərəli informasiya üstünlüyü qazana biləcəklər.
xAI açıqlayıb ki, əməkdaşlıq yalnız gündəlik idarəetmə problemlərini həll etməklə kifayətlənməyəcək, həm də korporativ və kritik hərbi tapşırıqlarda istifadə etmək üçün gizli məlumatlar üçün optimallaşdırılmış əsas modellər təqdim edəcək.
Nazirlik əməkdaşlığın sürət və təhlükəsizlik sahəsində qərar üstünlüyü qazandıracağını, AI ekosisteminə investisiyaların davam edəcəyini vurğulayıb. Bu addım, süni intellektin hərbi əməliyyat sistemlərinə inteqrasiyasında ABŞ üçün növbəti mərhələ hesab olunur.
Qeyd edək ki, bu il Pentagon süni intellekt sahəsində qabaqcıl modellərin inkişafı üçün xAI, OpenAI, Google və Anthropic kimi şirkətlərə hər biri üçün 200 milyon dollara qədər maliyyə dəstəyi ayırıb.
Bu mövzuda digər xəbərlər:Özəl məktəblərin illik ödənişləri ən ucuz 2,500, ən baha 54,900 AZN
23 Dekabr 2025 15:15
Özəl məktəblərdə əlyandıran qiymətlər QORXUNC STATİSTİKA
20 May 2025 12:51
Ən ucuzu 2, ən bahalısı isə 2500 manatdır Tingçilik təsərrüfatından REPORTAJ VİDEO
11 Mart 2025 12:16
Toyun bahalısı yaxşıdır, yoxsa ucuzu? TƏHLİL
01 Sentyabr 2025 14:12
Özəl məktəblərdə fantastik qiymətlər və aramsız valideyn axını TƏHLİL
20 May 2025 12:30
Baxış sayı:97
Bu xəbər 23 Dekabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















