Icma.az
close
up
RU
Özəl məktəblərin illik ödənişləri ən ucuz 2,500, ən baha 54,900 AZN

Özəl məktəblərin illik ödənişləri ən ucuz 2,500, ən baha 54,900 AZN

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Azərbaycanda özəl məktəblərin illik təhsil haqları məlum olub.

Milli.Az xəbər verir ki. ən ucuz məktəblərdə ödənişlər 2,500 AZN civarında başlasa da, ən yüksək qiymət 54900 AZN-dir.

Maraqlıdır, qiymətlərin belə yüksək olmasının səbəbi nədir?

Təhsil eksperti Elmin Nuri Milli.Az-a açıqlamasında bildirib ki, özəl məktəblərin yüksək təhsil haqları artıq bir neçə ildir ictimai müzakirə mövzusu olsa da, bu məsələ adətən qısa müddət gündəmdə qalır və daha sonra yenidən arxa plana keçir. Onun sözlərinə görə, real vəziyyət isə problemin həlli istiqamətində irəliləyiş deyil, əksinə, ildən-ilə qiymət artımının davam etdiyini göstərir.

Ekspert qeyd edib ki, mövzu əsasən media və təhsil subyektləri tərəfindən müzakirə olunsa da, sistemli yanaşma və davamlı mexanizmlər formalaşmır.

Elmin Nuri bildirib ki, Azərbaycanda lisenziya almış özəl məktəblərin sayı kifayət qədər azdır və onların böyük əksəriyyəti paytaxtda fəaliyyət göstərir:

"Filialların çoxluğu məktəb sayının çoxluğu demək deyil. Bir hüquqi şəxsə məxsus bir neçə filial faktiki olaraq bazarda real rəqabət yaratmır. Bu vəziyyət təhsil bazarında valideynlərin seçim imkanlarını ciddi şəkildə məhdudlaşdırır".

Ekspertin sözlərinə görə, özəl məktəblərin sayı azaldıqca, bu təhsil müəssisələrinə olan tələbat artır:

"Minlərlə şagirdin cəmi 30-40-a yaxın özəl məktəb arasında bölüşdürülməsi qiymətlərin süni şəkildə yüksəlməsinə səbəb olur. Rəqabət mühiti zəif olduğu üçün bazar özünü tənzimləyə bilmir".

Elmin Nuri vurğulayıb ki, özəl məktəblərin sayı əhəmiyyətli dərəcədə artsa, tələb-təklif mexanizmi qiymətlərin müəyyən qədər balanslaşmasına imkan verə bilər:

"Hazırda özəl təhsil bazarı ümumilikdə bahalıdır. İstər məktəblər, istər bağçalar, istərsə də liseylər. Amma ən ciddi qiymət artımı məhz özəl məktəblərdə müşahidə olunur".

Təhsil eksperti qiymət artımının arxasında yalnız mənfəət amilinin dayanmadığını da qeyd edib. Onun sözlərinə görə, özəl təhsil müəssisələrinin ciddi xərcləri mövcuddur. Bu xərclərə yüksək icarə haqları, infrastruktur və texniki avadanlıq, şagirdlərin qidalanması, nəqliyyat xərcləri, müəllimlərin əməkhaqları, beynəlxalq tədris proqramları və lisenziyaların alınması, eləcə də əlavə dərnək və inkişaf proqramları daxildir:

"Özəl məktəbi və özəl liseyi olan bir neçə şəxslə şəxsən danışmışam. Onlar elə detallar deyiblər ki, adamın az qala onlara yazığı gəlib. Hətta bir dəfə bir özəl təhsil müəssisəsinin rəhbəri ilə danışanda az qala cibimdə olan az miqdarda pulu çıxarıb özünə verəcəkdim ki, "qardaş, buyur, bunu da götür bəlkə bir dərdinə bir əlac eləyərsən".

Elmin Nuri bildirib ki, özəl məktəblərdə yalnız tam ştatla çalışan müəllimlərin maaşları nisbətən yüksək olur:

"Paralel olaraq dövlət məktəbində də çalışan müəllimlərin özəldə əldə etdiyi gəlir çox zaman cəmiyyətin düşündüyü qədər yüksək olmur".

Ekspert əlavə edib ki, özəl məktəblər təqdim etdikləri xidmətlərə görə bir-birindən ciddi şəkildə fərqlənir:

"Bəzi özəl məktəblərdə illik təhsil haqqı təxminən 3 min manat civarındadır. Bu tip məktəblərdə adətən yemək, nəqliyyat, dərnəklər və digər əlavə imkanlar təqdim olunmur".

Onun sözlərinə görə, daha yüksək qiymətli özəl məktəblər əsasən iki model üzrə fəaliyyət göstərir:

"Bəzi məktəblərdə bütün xidmətlər paket şəklində təqdim olunur və valideynə seçim hüququ verilmir. Digər məktəblərdə isə valideyn bəzi xidmətlərdən məsələn, yemək, nəqliyyat və ya əlavə dərnəklərdən imtina edərək təhsil haqqını müəyyən qədər azalda bilir".

Sonda Elmin Nuri vurğulayıb ki, özəl məktəblərin əsas üstünlüklərindən biri xarici tədris proqramları və alternativ təhsil metodlarını ölkəyə gətirməsidir:

"Bu, təhsilin keyfiyyəti baxımından mühüm amildir və müəyyən məbləğin ödənilməsini qismən əsaslandıra bilər. Lakin məsələ yalnız fərdi seçim deyil, təhsil bazarının sağlam formalaşdırılmasıdır. Özəl məktəblərin sayının artırılması, rəqabətin gücləndirilməsi və şəffaf qiymət mexanizmləri tətbiq olunmadan bu problem uzun müddət aktuallığını qoruyacaq".

Mina Mikayılova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Dekabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri