Icma.az
close
up
RU
Ən uğursuz 3 bürc Onların şansı gətirmir

Ən uğursuz 3 bürc Onların şansı gətirmir

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Astroloqlar uzun illərdir ki, bürclərin insanların həyatına təsiri ilə bağlı araşdırmalar aparırlar. Bəzi bürclər uğur və şansla tanınsa da, digərləri daha çox çətinliklərlə və uğursuzluqlarla üzləşir. Son araşdırmalara görə, xüsusilə üç bürc uğursuzluğu ilə seçilir. Onlar haraya ayaq bassalar, orada sanki ot bitmir. Bəs bu bürclər hansılardır və uğursuzluqlarının səbəbi nədir?

News24.az ən uğursuz 3 bürcü təqdim edir:

Qoç

Qoç bürcü adətən lider ruhlu, enerjili və cəsarətli insanlar kimi tanınır. Lakin onların əsas problemi tələsik qərarlar vermələri və nəticələri düşünmədən hərəkət etmələridir. Astroloqlar bildirir ki, qoçlar emosiyalarına qapılaraq, ani reaksiyalar göstərir və bu da onlara tez-tez problemlər yaşadır. Qoç bürcləri bəzən öz güclərinə həddindən artıq inanırlar və hər şeyi özləri həll etməyə çalışırlar. Onlar başqalarından kömək istəməyi zəiflik kimi qəbul edirlər. Bu səbəbdən, ətrafdakı insanların dəstəyindən məhrum qalırlar və uğursuzluqlarla təkbaşına mübarizə aparmalı olurlar. Bundan əlavə qoçlar çox rəqabətçi və aqressiv xarakterə malikdirlər. Bu xüsusiyyətləri onlara bəzi hallarda üstünlük qazandırsa da, çox vaxt insanlarla münasibətlərinin pozulmasına səbəb olur. Xüsusilə iş həyatında onların sərt davranışları rəhbərlik və iş yoldaşları ilə problemlərə gətirib çıxarır.

Oxatan

Oxatan bürcündən olan insanlar azad ruhlu, macərapərəst və yenilikçi olurlar. Lakin onların bu xüsusiyyətləri bəzən həyatlarında ciddi problemlərə səbəb olur. Astroloqlar hesab edirlər ki, oxatanlar çox vaxt reallıq hissini itirir və çox böyük risklərə gedirlər. Onlar həyatda hər şeyi tez əldə etmək istəyirlər və səbirsiz olduqlarına görə planlarını tam düşünmədən həyata keçirməyə çalışırlar. Bu səbəbdən, bir çox oxatanlar maddi çətinliklərlə üzləşir, iş həyatlarında uğursuzluqlarla rastlaşır və münasibətlərində problemlər yaşayırlar. Bundan başqa xatanlar çox sərbəst və öz bildikləri kimi davranmağı sevirlər. Onlar üçün qaydalar və məhdudiyyətlər adətən heç bir əhəmiyyət kəsb etmir. Lakin bu, onların ətrafdakı insanlarla münasibətlərinə mənfi təsir göstərir. Bəzi oxatanlar məsuliyyətsiz davrandıqları üçün yaxın dostlarını və hətta ailə üzvlərini belə itirə bilirlər. Astroloqlar oxatanlara daha ölçülü-biçili addımlar atmağı, riskləri əvvəlcədən hesablamalarını və səbrli olmağı tövsiyə edirlər.

Buğa

Buğa bürcü adətən sabit və etibarlı insanlar kimi tanınır. Onlar rahatlığı və maddi güvənliyi sevirlər. Lakin məhz bu rahatlıq istəyi onların uğursuzluqlarının əsas səbəbidir. Astroloqlar bildirir ki, Buğalar bəzən lazımi anda risk etməkdən çəkinirlər və fürsətləri əldən verirlər. Buğalar çox inadkar və dəyişikliklərə qarşı müqavimət göstərən insanlardır. Onlar bir dəfə verdikləri qərardan geri çəkilmək istəmirlər. Bu inadkarlıq iş həyatında və şəxsi münasibətlərdə problemlərə gətirib çıxarır. Bundan başqa, Buğalar çox vaxt insanlara həddindən artıq güvənirlər. Onlar düşünürlər ki, hər kəs özləri kimi sadiq və dürüstdür. Lakin bu, onları tez-tez məyus edir. Astroloqlar bildirirlər ki, buğalar daha diqqətli olmalı, insanları yaxşı tanımadan onlara tam etibar etməməlidirlər.(Yenisabah.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://news24.az
archiveBu xəbər 26 Mart 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri