Ən uzun nikah üzrə dünya rekordu müəyyənləşdi 84 il 77 gün
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Braziliyalı cütlük ən uzun nikah üzrə dünya rekordu müəyyənləşdirib.
Qaynarinfo UPI.com-a istinadən xəbər verir ki, həyat yoldaşları Manuel Angelim Dino və Maria de Souza Dino rəsmi olaraq Ginnesin Rekordlar Kitabına ən uzun ömür sürən evli cütlük kimi düşüblər.

Onların 84 il 77 gün davam edən nikahları Sevgililər Günündə yüzilliklərin tədqiqi üzrə ixtisaslaşmış "LongeviQuest" təşkilatının köməyi ilə təsdiqlənib.
Manuel və Mariya 1936-cı ildə tanış olublar və 1940-cı ildə Braziliyanın Seara əyalətindəki Boa Ventura Kapellasında evləniblər. Birgə ömür sürdükləri illər ərzində 13 övlad böyütməklə yanaşı, 55 nəvə, 54 nəticə və 12 kötücəyə də baba və nənə olublar.

Onların sevgi və sədaqət hekayəsi təkcə onların böyük ailəsini deyil, həm də bütün dünyadakı insanları ruhlandırır. Ginnesin Rekordlar Kitabının nümayəndələri qeyd ediblər ki, belə uzun nikah nadir və heyrətamiz nailiyyətdir və xüsusi diqqətə layiqdir.
Aydın
Baxış sayı:69
Bu xəbər 17 Fevral 2025 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















