Icma.az
close
up
RU
Ən uzun və ən qısa oruc tutulan ölkələr

Ən uzun və ən qısa oruc tutulan ölkələr

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gündən etibarən müqəddəs Ramazan ayı başlayıb.

"Cebheinfo.az" “Yeni Sabah”-a istinadən xəbər verir ki, müsəlmanların bu ayda tutduğu orucun müddəti ölkələrin coğrafi mövqeyi və gün uzunluğundan asılı olaraq dəyişir.

Bu il oruc müddətinin dünya üzrə orta hesabla 12 saatdan 15 saata qədər olacağı bildirilir.

Səudiyyə Ərəbistanı mərkəzli Dünya İslam Birliyi paytaxt şəhərləri əsas götürərək hesablamalar aparıb. Həmin hesablamalara görə, Ramazanın ilk günündə ən qısa oruc Finlandiyada tutulacaq. Bu ölkədə müsəlmanlar 11 saat 53 dəqiqə oruc tutacaqlar.

Digər ölkələrdə isə oruc müddəti belə olacaq:

İngiltərə – 12 saat 8 dəqiqə

Türkiyə – 12 saat 23 dəqiqə

İspaniya – 12 saat 23 dəqiqə

ABŞ – 12 saat 25 dəqiqə

Yaponiya – 12 saat 27 dəqiqə

Pakistan – 12 saat 30 dəqiqə

Səudiyyə Ərəbistanı – 12 saat 42 dəqiqə

İndoneziya – 13 saat 28 dəqiqə

Braziliya – 13 saat 47 dəqiqə

Cənubi Afrika Respublikası – 14 saat 13 dəqiqə

Beləliklə, siyahıya əsasən ən qısa oruc Finlandiyada, ən uzun oruc isə İslandiya və Qrenlandiyada olacaq

Hesablamalara görə, Ramazanın son günündə ən uzun oruc İslandiyanın paytaxtı Reykyavik və Qrenlandiyanın Nuuk şəhərində qeydə alınacaq. Bu şəhərlərdə müsəlmanlar 15 saat 3 dəqiqə oruc tutacaqlar.

Yeni Zelandiyanın Krayst-çörç şəhərində isə Ramazanın əvvəlində 15 saat 22 dəqiqə olan oruc müddəti ayın sonuna doğru azalaraq 13 saat 46 dəqiqəyə enəcək.

Oruç müddətləri yarımkürələrə görə fərqlənir

Mütəxəssislərin məlumatına görə, şimal yarımkürəsində Ramazanın ilk günlərində oruc müddəti təxminən 12–13 saat təşkil edir və ay irəlilədikcə günlərin uzanması ucbatından bu müddət artır. Cənub yarımkürəsində isə yay mövsümü davam etdiyi üçün ilk günlərdə oruc müddəti daha uzun olur, lakin ay boyunca tədricən qısalır.

Ekspertlər bildirirlər ki, hicri təqvimin xüsusiyyətlərinə görə Ramazan hər il təxminən 10-12 gün daha erkən başlayır. Bu səbəbdən oruc müddəti illər üzrə dəyişir və 2031-ci ilə qədər şimal yarımkürəsində daha da qısalacağı, sonrakı illərdə isə yenidən uzanacağı gözlənilir.

Azərbaycana gəlincə isə, bu il ölkəmizdə müddəti şəhərə və günə görə bir qədər dəyişir. Paytaxt Bakı üçün təxmini göstəricilər belədir:

Ramazanın ilk günü: təxminən 12 saat 45 dəqiqə – 12 saat 55 dəqiqə

Ramazanın ortalarında: təxminən 13 saat 10 dəqiqə

Ramazanın son günlərində: təxminən 13 saat 30 dəqiqəyə qədər

Ramazan ayı irəlilədikcə günlər uzandığı üçün oruc müddəti də hər gün orta hesabla 2-3 dəqiqə artır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Fevral 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri