Ən yüksək dollar faizi verən bank bəlli oldu
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Azərbaycanın bank sektorunda 1 illik dollar əmanətləri üzrə illik faiz dərəcələri yenilənib. Oktyabr ayı üzrə açıqlanan göstəricilərə əsasən, bankların təklif etdiyi faiz dərəcələri ödənişin aylıq və ya müddətin sonunda götürülməsindən asılı olaraq dəyişir.
“Yeni Sabah” xəbər verir ki, hazırda dollar əmanətinə ən yüksək faiz təklif edən bank “AFB Bank”dır (“Müddətli” əmanət – aylıq 4,5%, müddətin sonunda 5%). İkinci pillədə “Unibank” (“Müddətli” – aylıq 4%, müddətin sonunda 4,5%), üçüncü sırada isə “TuranBank” (“Sirlər Xəzinəsi” – aylıq 3,5%, müddətin sonunda 4%) qərarlaşıb.
Müddətin sonunda 3,5% və ya 3,75% gəlir təklif edən maliyyə qurumları arasında “Bank of Baku” (aylıq 3,5%, sonunda 3,75%), “AccessBank” (hər iki halda 3,5%), “Bank Respublika” (hər iki halda 3,5%), “PAŞA Bank” (aylıq 3,25%, sonunda 3,5%), “Expressbank” (aylıq 3%, sonunda 3,5%), “ABB” (aylıq 3%, sonunda 3,5%) və “Yapı Kredi Bank” (müddətin sonunda 3,5%) yer alır. Pepperoni pizza
Növbəti pillələrdə “Kapital Bank” (aylıq 2,7%, sonunda 3%), “Premium Bank” (müddətin sonunda 2,5–3%), “Yelo Bank”, “Ziraat Bank”, “Xalq Bank” (hər üçündə aylıq 2%, sonunda 2,5%), “Bank Avrasiya” (aylıq 2%, sonunda 2,25%), “ASB Bank” və “Rabitəbank” (hər ikisində aylıq 1,5%, sonunda 2%) gəlir. Siyahının sonlarında isə “Bank VTB” (hər iki halda 1%) və “Azər Türk Bank” (müddətin sonunda 0,1%) qərarlaşıb.
Xatırladaq ki, xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5% təşkil edir və fiziki şəxslərin 100 000 AZN-dək məbləğdə olan əmanətləri dövlət tərəfindən sığortalanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:275
Bu xəbər 06 Oktyabr 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















