Endryu Epşteynlə əlaqələrinə görə cinayət məsuliyyətinə cəlb oluna bilər
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Böyük Britaniya polisi Kral III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzor və maliyyəçi Ceffri Epşteyn arasında əlaqələrə dair yeni iddiaların araşdırılması üçün Prokurorluğu Xidməti ilə müzakirələr aparır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, keçmiş şahzadə Endryu gizli şəkildə Böyük Britaniya hökumət sənədlərini Epşteynə göndərmiş ola bilər. Polis hazırda Endryu cinayət törətməkdə şübhəli görülüb-görülmədiyini və tammiqyaslı araşdırmanın tələb olunub-olunmadığını müəyyən etməyə çalışır.
Polisdən əlavə ediblər ki, keçmiş şahzadənin dövlət vəzifəsindəki qanun pozuntuları ilə bağlı iddiaların qiymətləndirilməsi xüsusi diqqətlə aparılmalıdır.
Xatırladaq ki, keçmiş şahzadə Endryu ilə bağlı qalmaqal 2019-cu ildə, kral ailəsinin Epşteyn üçün işləyən Virciniya Cuffre ilə münasibətləri ictimaiyyətə məlum olduqda baş verib. Xatirələrində o, Endryu ilə 17 yaşında cinsi əlaqədə olduğunu açıqlamışdı. 2025-ci ilin oktyabrında III Çarlz kiçik qardaşını son titullarından və şərəflərindən məhrum etdi və onu kral iqamətgahından çıxarmaq qərarına gəldi.
Bu mövzuda digər xəbərlər:Şahzadə Endryu Epşteynlə əlaqələrinə görə titulundan imtina edəcək
17 Oktyabr 2025 22:52
Keçmiş səfir Epşteynlə əlaqələrinə görə saxlanıldı
24 Fevral 2026 03:06
Microsoft un qurucusu Epşteynlə əlaqələrinə görə PEŞMANDIR
05 Fevral 2026 08:58
Norveç şahzadəsi Epşteynlə əlaqələrinə görə üzr istədi
06 Fevral 2026 19:52
O da Epşteynlə əlaqələrinə görə vəzifəsindən gedir
13 Fevral 2026 09:30
Baxış sayı:142
Bu xəbər 12 Fevral 2026 23:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















