Icma.az
close
up
RU
Ənənəvi modellər bahalaşacaq Çin avtomobillərinin dövrü bitir

Ənənəvi modellər bahalaşacaq Çin avtomobillərinin dövrü bitir

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Yaxın Şərqdə müharibənin genişlənməsi və Hörmüz boğazı ətrafında artan təhlükəsizlik riskləri beynəlxalq logistika və ticarət zəncirində ciddi narahatlıqlar yaradır. Bu, xüsusilə Çin avtomobillərinin istehsalı və ixracına təsir edə bilər, çünki dəniz yolu ilə daşınan malların gecikməsi və əlavə xərclərin yaranması ehtimalı artır. 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Azərbaycan Qiymtləndiricilər Cəmiyyətinin rəhbəri Vüqar Oruc bildirib ki, Yaxın Şərqdəki müharibə neftin qiymətinin artmasına səbəb olacaq. Neft qiymətinin yüksəlməsi enerji daşıyıcılarının, həmçinin logistika və nəqliyyat xərclərinin artmasına gətirib çıxarır. 
"Nəticədə istehsal olunan məhsulların maya dəyərində dəyişiklik yaranır. Çində istehsal olunan avtomobillərin maya dəyəri də təbii olaraq artır və bu, onların bazara təklif qiymətlərinin yüksəlməsinə səbəb olur. Digər tərəfdən, müharibə şəraitində risklər sığorta şirkətlərinin yük daşımaları üçün daha yüksək sığorta haqqı tələb etməsinə gətirib çıxarır ki, bu da yenə qiymətlərin artmasına təsir edir. Dünyada böyük yük daşımalarının təxminən 20%-i Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Hal-hazırda bu boğazda məhdudiyyətlər mövcuddur və bu da qiymətlərə təsir edəcək. Nəticədə Çin istehsalı avtomobillərin həm daşıma xərcləri, həm də istehsal maya dəyəri yüksələcək, bazara təklif qiymətlərində fərqlər meydana gələcək". 
Onun sözlərinə görə, əgər bu vəziyyət uzun müddət davam edərsə, elektromobillərə daha çox üstünlük verilə bilər. 
"Lakin müharibə qısa müddətdə başa çatsa, bazarda seçimdə əhəmiyyətli dəyişiklik olmayacaq. Son nəticədə, Azərbaycana idxal olunan Çin avtomobillərinin qiymətində artım müşahidə oluna bilər ki, bu da ikinci əl avtomobil bazarının aktivləşməsinə və ya alternativ xarici bazarlardan idxala üstünlük verilməsinə gətirib çıxara bilər. Ümumilikdə, müharibənin qısa müddətdə sona çatacağı gözləntisi qiymət artımlarının müvəqqəti olacağını göstərir. Lakin qeyd olunan geosiyasi gərginliklər Çin avtomobil bazarında maya dəyərinin artmasına səbəb olacaq və bu, Çin avtomobillərinin digər dövlətlərdə istehsal olunan avtomobillərlə müqayisədə rəqabət qabiliyyətinə müəyyən təsir göstərə bilər".
Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.
Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.
Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Mart 2026 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri