Icma.az
close
up
RU
Ənənəvi Çin incəsənətinin unikal növləri” mühazirə

Ənənəvi Çin incəsənətinin unikal növləri” mühazirə

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 7 avqust, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunda Rafiq Abbasov “Ənənəvi Çin incəsənətinin unikal növləri” mövzusunda mühazirə oxuyub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, institutun direktoru R.Abbasov çıxışı zamanı Han sülaləsi dövründən yaranmış üçrəngli laklı “tisi” məmulatları üzərində naxış oyma sənətindən, ağac köklərindən insan, heyvan və gül fiqurlarının oyulması sənətindən, çay daşları üzərində rəsm çəkmək sənətindən, pambıq və kətandan geyimlər hazırlayan “Li” xalqının ənənəvi toxuculuq, boyama və tikmə üsullarından bəhs edib. O, həmçinin Suy və Tan sülalələri dövründə formalaşmış və bol məhsul, yaxşı hava üçün edilən dualarda istifadə olunan və əjdahaları əks etdirən toxuma sənətinin özünəməxsusluğunu vurğulayıb. Çin mədəniyyətində uğur və firavanlıq rəmzi olan süni məxmər çiçəklərin hazırlanma texnikasından və “datehua” - ərimiş dəmirin havaya atılıb taxta ilə vurularaq gecə səmasında qığılcımlar şəlaləsi effekti yaradan sənət növündən də danışıb.

R.Abbasov sənətkarların mantar palıdının qabığından miniatür mənzərələr, quşlar, çiçəklər və memarlıq abidələrinin təsvirlərini oymaq üçün istifadə etdikləri incə texnikalardan, həmçinin dekorativ panno və çəpərlər, çay nimçələri, çantalar və zinət əşyalarının hazırlanmasından söz açıb. O, xüsusilə Min sülaləsi dövründə inkişaf etmiş ənənəvi kəndli rəssamlığına diqqət çəkib. Xalq üslubunda çəkilən bu rəsmlər kənd həyatının gündəlik səhnələrini parlaq boyalarla əks etdirir.

Mühazirədə, həmçinin “Miao” xalqının dünyada yeganə olan qalay sapları ilə icra edilən tikmə texnikasına toxunulub. Bu sənət növü mürəkkəb toxuma, tikmə və metal qalay tətbiqi proseslərini birləşdirir. Nəticədə ortaya çıxan məhsullar qara, qırmızı və mavi çalarlı qalaydan ibarət həndəsi naxışlarla seçilir. Digər nadir tikmə sənəti olan “diannan” isə əsasən qara fonda parlaq rəngli elementlərlə tikilən gəlinliklərdən ibarətdir.

R.Abbasov müxtəlif ölçü və rəngdəki keramika fraqmentlərindən naxış və təsvirlərin yaradıldığı Çaoçjou keramika sənəti haqqında da məlumat verib. Qədim dekorativ-tətbiqi sənət növü olan bu keramika son dövrlərdə Çində yenidən populyarlıq qazanır.

Mühazirənin sonunda ənənəvi Çin incəsənətinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri