Energetika Nazirliyi “Söndür və Qazan!” enerji səmərəliliyi kampaniyasına başlayıb
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Energetika Nazirliyi enerji səmərəliliyi ilə bağlı maarifləndirmə tədbirləri çərçivəsində “Söndür və Qazan!” kampaniyasına başlayıb. Kampaniyanın məqsədi vətəndaşları gündəlik həyatda sadə addımlarla - istifadə olunmayan işıqları, məişət cihazlarını və avadanlıqları söndürməklə enerji sərfiyyatını azaltmağa təşviq etmək, gündəlik həyat tərzində enerjidən daha ağıllı istifadə vərdişləri formalaşdırmaqdır.
Newscenter.az xəbər verir ki, kampaniya çərçivəsində vətəndaşlar evlərdə və iş yerlərində enerji səmərəliliyini artırmaq üçün sadə addımlar atmağa təşviq olunacaq. Vətəndaşlar http://sondurveqazan.az/ linki üzərindən kampaniyaya qoşulmağa və sosial şəbəkələrdə #SöndürVəQazan həştəqi istifadə etməklə Energetika Nazirliyinin sosial media səhifələrini və 3 dostunu işarələməklə öz təcrübələrini video şəklində paylaşmağa dəvət edilir. Kampaniya gedişatında həftə ərzində vətəndaşlar tərəfindən paylaşılan və ən çox bəyənilən video mükafatlandırılacaq.
Enerji səmərəliliyi enerji təhlükəsizliyi və iqlim hədəflərinə çatmağın ən sərfəli yoludur. Təmiz ətraf mühitə malik və “yaşıl artım” ölkəsi kimi inkişaf edən Azərbaycan üçün bu, prioritet vəzifədir. Gəlin, hamımız bu təşəbbüsə qoşulaq və ən böyük enerji mənbəyimiz olan enerji səmərəliliyindən birgə faydalanaq!
Süleyman
Bu mövzuda digər xəbərlər:Energetika Nazirliyi çağırış edib
28 Noyabr 2024 10:25
Energetika Nazirliyi attestasiya elan edir
24 Oktyabr 2025 14:42
Energetika Nazirliyi: İsrail yanacaq qıtlığı proqnozlaşdırmır
17 İyun 2025 17:30
Energetika Nazirliyi GECFin 26cı Nazirlər İclasında
09 Dekabr 2024 16:08
Baxış sayı:20
Bu xəbər 02 Dekabr 2025 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















