Icma.az
close
up
RU
Energetika naziri Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının yaşıl enerji tərəfdaşlığından danışıb

Energetika naziri Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının yaşıl enerji tərəfdaşlığından danışıb

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Rəqabətqabiliyyətlilik və Dayanıqlılıq: Mərkəzi Asiya və Cənubi Qafqazın Yaşıl Keçiddə Rolu” adlı panel sessiyada çıxış edib.
Newscenter.az xəbər verir ki, Mərkəzi Asiya və Cənubi Qafqaz regionları arasında əlaqələrin güclənməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cənubi Qafqaza sülh və sabitlik gətirən, Zəngəzur dəhlizinin reallaşması ilə Orta Dəhlizin əhəmiyyətini artıran və Mərkəzi Asiya dövlətləri ilə strateji tərəfdaşlığı gücləndirən uzaqgörən siyasətinin mühüm rolu qeyd olunub. Həmçinin bildirilib ki, Azərbaycan indiyədək təxminən 144 milyard dollar xarici sərmayə cəlb edərək regionda Xəzər dənizini beynəlxalq investorlar üçün açıq elan edən, Xəzərdən Aralıq dənizinə, Qara dənizə və Adriatik dənizə enerji dəhlizləri yaradan ilk ölkə kimi bu prosesə mühüm töhfə verib. “Bakı-Tbilisi-Ceyhan kəməri indiyə kimi Azərbaycandan 540 milyon ton, Mərkəzi Asiyadan isə 53 milyon ton nefti dünya bazarlarına nəql edib. Hazırda Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq “Transxəzər Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə birgə fəalliyətlə yeni dinamika qazanıb.” Bu istiqamətdə ötən il COP zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri tərəfindən imzalanan üç ölkə arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Hökumətlərarası Sazişin və Səudiyyə Ərəbistanının “Mərkəzi Asiya - Azərbaycan Yaşıl Enerji Dəhlizi”ndə investor kimi iştirakını təmin edən İcra Proqramından bəhs edilib. Layihə üzrə qərargahı Bakıda olmaqla “Yaşıl Dəhliz Alyansı” adlı Birgə Müəssisə təsis edildiyi və gələn ay layihənin texniki-iqtisadi əsaslandırmasını (TİƏ) həyata keçirəcək məsləhətçi şirkətin seçilməsi üçün tender keçiriləcəyi diqqətə çatdırılıb. Qeyd olunub ki, ilin sonunadək Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının maliyyə dəstəyi ilə TİƏ-nin hazırlanmasına başlanması planlaşdırılır.
Nazir əlavə edib ki, “Transxəzər Yaşıl Enerji Dəhlizi” digər interkonnektorlarla birlikdə enerji və ekoloji təhlükəsizliklə yanaşı, rəqəmsal və nəqliyyat bağlantılarını da gücləndirərək Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının geostrateji əhəmiyyətini daha da artıracaq.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 Sentyabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri