Energetika Nazirliyində “2027 2030 cu illərdə sosial iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı iclas keçirilib
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinin hazırlanması məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” üzrə Alt İşçi qrupun III iclası keçirilib.
XQ xəbər verir ki, energetika naziri Pərviz Şahbazovun rəhbərliyi və aidiyyəti qurumların iştirakı ilə keçirilmiş iclasda Strategiya layihəsinin “yaşıl enerji məkanı” məqsədi üzrə hazırlanmış “Tədbirlər Planı” müzakirə edilib. “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” milli prioritetinə uyğun olaraq müəyyənləşdirilmiş 7 istiqamət üzrə 46 tədbir təklifləri və həmçinin enerji sektorunun inkişafı üzrə hədəf indikatorları barədə məlumatlar verilib. Bu tədbirlərin icra perspektivləri və maliyyələşmə imkanları nəzərdən keçirilib. “Tədbirlər Planı”nın müzakirəsinin davam etdirilməsi, maliyyə tələbatının əsaslandırılması və ekspertizası ilə bağlı işlərin tezliklə başa çatdırılması və yekun variantın Alt İşçi qrupunun oktyabr ayında keçiriləcək növbəti iclasına qədər təqdim olunması qərara alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 30 Sentyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















