Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirilib
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Energetika naziri Pərviz Şahbazov Bakı şəhəri, Qusar və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.
XQ xəbər verir ki, nazirlikdə təşkil olunmuş qəbul zamanı qaz xəttinin yerinin dəyişdirilməsi, enerji sərfiyyatı üzrə borcun yaranması, elektrik enerjisinin keyfiyyəti, elektrik təsərrüfatının yenilənməsi, elektrik və qaz sayğaclarının quraşdırılması, elektrik xəttinin mühafizə zolağı, işlə təminat və digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet saytında yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 17 Dekabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















