Enerji balansının təqdim edilmə proseduru dəyişib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Energetika Nazirliyi tərəfindən hər il iyun ayının 1-dək enerji balansının layihəsi tərtib ediləcək.
APA-nın xəbərin görə, bu, Nazirlər Kabinetinin “Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Energetika Nazirliyi həmin layihəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə razılaşdıraraq Nazirlər Kabinetinə təqdim edəcək. Enerji balansının layihəsində dəyişiklik edilməsi zərurəti yarandığı təqdirdə nazirlik bu barədə təklifləri və enerji balansının yenilənmiş layihəsini İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə razılaşdırmaqla noyabr ayının 1-dək Nazirlər Kabinetinə təqdim edəcək.
Qeyd edək ki, hazırda Energetika Nazirliyi tərəfindən hər il iyun ayının 1-dək enerji balansının layihəsi tərtib olunur, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılaraq təsdiq olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 17 Sentyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















