Icma.az
close
up
RU
Enerji bazarında ÇAXNAŞMA Trampın gəlişi qiymətləri necə DƏYİŞDİ?

Enerji bazarında ÇAXNAŞMA Trampın gəlişi qiymətləri necə DƏYİŞDİ?

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Cari ilin ilk günləri arxada qaldıqca, dünyanın arzusunda olduğu dəyişiklikləri necə səbirsizliklə gözlədikləri də daha çox hiss edilməyə başlayır: Rusiya-Ukrayna müharibəsi dayana, Yaxın Şərqdə sabitlik yarana, milyonlarla suriyalı və ukraynalı evlərinə dönə və sair... Ona görə də bu kimi hadisələr neft və qazın qiymətinə də təsirsiz ötüşmür.
Qlobal bazarlar
Bu həftənin çərşənbə günü “qara qızlın” bir barelinin qiyməti London Əmtəə Birjasında 2024-cü ilin 13 avqust tarixindən sonra ilk dəfə 82 dollar həddini aşmağa müvəffəq oldu. Həftənin sonuncu hərracında Brent markalı neftin 1 bareli 80,79 dollara satılsa da, neftin 80-85 dollar qiymət dəhlizinə keçməsi bazar iştirakçılarında marağa səbəb olacaq bir hadisə oldu. 
 

MÖVZU İLƏ BAĞLI:
Davos Forumunun STRATEJİ ƏHƏMİYYƏTİ – Azərbaycanla əməkdaşlığın İNKİŞAF PERSPEKTİVLƏRİ – TƏHLİL


Amerikanın JPMorgan bankının analitikləri “Brent” markalı neftin qiymətinin nəzərəçarpacaq dərəcədə artımını bazar iştirakçılarının ABŞ-ın Rusiya xammalına qarşı sanksiyalarının sərtləşdirməsindən irəli gələn narahatlıqlarla əlaqələndirirlər. Həmçinin prezident kürsüsündə oturan Donald Trampın İrana qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı ehtimallar da qara qızılın bahalaşmasına səbəb kimi gətirilir.
Amma belə vəziyyətin ümumən cari ildə “bahalı neft” olması ilə bazar iştirakçıları arasında barışmayanlar da var. Onların fikrincə, OPEC+ neftin bahalaşmasında maraqlı tərəf kimi olsa da, ancaq bu alyansdan kənardakı ölkələrin də bazara lazımi həcmdə neft çıxartmaq imkanları mövcuddur. Bu baxımdan da hazırda neftin ticarəti ilə bağlı proqnozun 2025-ci ildə orta hesabla hər barel üçün 73-74 dollar səviyyəsində olacağı proqnoz edilir.
Fasiləsiz “yaşıl enerji” texnologiyası
Yola saldığımız həftə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edərək Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirak edib. Onu deyim ki, bu tədbir ötən illər ərzində dayanıqlı qlobal inkişaf baxımından önəmli müzakirələrin aparıldığı beynəlxalq platformaya çevrilib. Bu il forum “Gələcəyə qoşulmaq: Davamlı tərəqqinin sürətləndirilməsi” mövzusuna həsr olunmuşdu.
Tədbirin gündəliyinə qlobal enerji sistemlərinin transformasiyası, Süni intellektin  və digər qabaqcıl texnologiyaların iqtisadiyyata təsiri, qida və su təhlükəsizliyinin təmin edilməsi kimi mövzular daxildi.

Bu tədbirdə diqqət çəkən əsas məqamı istehlakçıların fasiləsiz olaraq bərpa olunan enerji ilə təmin etməyə qadir olan dünyada ilk enerji obyektinin təqdimatı idi. BƏƏ-nin Sənaye və Qabaqcıl Texnologiyalar Naziri Sultan Əhməd Əl Caber "Mən insanları gündə 24 saat geniş miqyasda bərpa olunan enerji ilə təmin etməyə qadir olan dünyada ilk bərpa olunan enerji obyektinin işə salındığını elan etməkdən məmnunam" söyləməklə yanaşı qeyd etdi ki, bu layihənin yaradılması Əmirliyin su və elektrik paylayıcısı şirkəti ilə “Masdar” şirkətinin əməkdaşlığı sayəsində gerçəkləşib.


Təsəvvür edin ki, alternativ enerji mənbələrindən alınan yaşıl enerjini 19 min meqavat-saat gücə malik bir saxlacda, nəhəng sənaye akkumlyatorunda toplamaq və istehlakçıları enerji ilə fasiləsiz  təmin etmək artıq mümkündür. “Bu, tarixdə ilk dəfədir ki, bərpa olunan enerji artıq istehlakçıların əsas enerji təhcizatçısına çevrilir”, deyə nazir bəyan edib.
Əbu-Dabidə o cümlədən Mərkəzi Asiyadan Xəzərin dibi ilə Azərbaycana buradan isə artıq Gürcüstan və Qara dənizin dibi ilə Avropadakı istehlakçılara çatdırılacaq masştabına görə meqa yaşıl enerji layihəsindən də danışılıb. Bunun təkcə Avropanın enerji təhlükəsizliyinə verəcəyi töhfə deyil, həm də qlobal mənada dekarbonizasiya yolunda atılan çoxsaylı dövlətlərin mühüm bir tərəfdaşlıq layihəsi olması vurğulanıb.
Azərbaycanın “yaşıl enerjisi”
Elə bu həftə Azərbaycan Energetika nazirliyi ölkəmizin ötən ildə elektrik enerjisinin istehsalı ilə bağlı statistikanı açıqlayıb və nazir Pərviz Şahbazov əldə edilən nailiyyətlərə toxunaraq “bu dövrdə elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının təxminən 14%-ə çatdığını vurğulayıb.
 

Külək, günəş və sudan alınan enerjinin ümumi həcmi 3 mlrd 618,4 mln kVtsaat təşkil edib. Su elektrik stansiyalarında ilk dəfə olaraq elektrik enerjisinin istehsalı 3 mlrd kVtsaat həddini keçib – yağmurlu havalar təbii ki, öz rolunu oynayıb, çayların sululuq səviyyəsinin yüksək olması daha çox enerji istehsalı deməkdir, əsasən də dağ çaylarında. Onu deyim ki, həmçinin işğaldan azad edilmiş ərazilərdə 32 su elektrik stansiyasının istismarı da Azərbaycanın yaşıl mənbəli enerjisinin artımına öz təsirini göstərib.


Günəşdən alınan enerji isə külək enerjisindən nə az, nə çox düz 10,9 dəfə çox olub. Təbii ki, burada 2023-cü ilin oktyabrında ölkəmizdə ilk dəfə olaraq iri alternativ enerji mənbəyi kimi istismara verilmiş “Qaradağ” günəş elektrik stansiyasının rolu böyükdür. Və hazırda tikintisi davam edən “Xızı-Abşeron” külək elektrik stansiyası istifadəyə veriləndən sonra bu fərq təbii ki, azalacaq. Amma ümumilikdə yaxın 3 ildə həm qoyuluş gücünə, həm say nisbətinə görə günəş elektrik stansiyalarının daha çox tikintisini nəzərə alsaq, onda yenə də ümumi enerji balansımızda günəş enerjisinin payı kifayət qədər artacaq.
Bundan əlavə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 232,5 mln. kVtsaat elektrik enerjisi istehsal edilib. Yəni ümumilikdə 3,85 mlrd kVtsaat elektrik enerjisinin istehsalı zamanı qazın yandırılmasından istifadə edilməyib. Bu təkcə yanacağa qənaət edilməsi ilə məhdudlaşır, həm də Azərbaycanın Paris Sazişinin müddəalarına uyğun olaraq atmosferə atılan karbon dioksidi tullantıları üzrə öhdəliyinin həm vaxtından əvvəl, həm də artıqlaması ilə yerinə yetirməsi yolunda əldə etdiyi uğuru əks etdirir.
Külək enerjisi azalır
Amma ölkəmizdə hazırda istismarda olan külək elektrik stansiyaları ilə bağlı vəziyyət heç də qənaətbəxş deyil. Bunu təqdim etdiyim qrafikdən də görə bilərsiniz. Ötən il Azərbaycanın külək elektrik stansiyalarının elektrik istehsalı 51,1 mln kVt-saat təşkil edib ki, bu da 2023 illə müqayisədə 5,5 mln. kVt-saat və ya 10 % azalma deməkdir.
Özü də ölkəmizdə il ərzində istehsal edilən külək enerjisinin 75,3%-i "Azərişıq" ASC-nin payına düşüb. "Azərişıq" üzrə külək elektrik stansiyalarında il ərzində istehsal isə 3,4 mln. kVt-saat və ya 8% azalıb. Azərbaycanda 2011-2015-ci illərdə quraşdırılan ilk külək generatorlarının bir qismi sıradan çıxıb, demontaj olunanları da Bakı-Quba yolu boyunca görmüşük. Amma o zamanlar bunların istismar müddətinin 20 il olması deyilirdi. İndi işləyən külək turbinlərinin aşağı istehsal göstəriciləri isə onu deməyə əsas verir ki, onlar heç də effektli istismar edilmir.
“Şahdəniz”dəki texniki problem
Energetika nazirliyinin hesabatında daha bir maraqlı məqam var. Özü də qazla bağlıdır. Azərbaycanın ən iri qaz yatağı olan “Şahdəniz”də rekord həcmdə qaz hasilatı qeydə alınıb.
Düzdür, ötən həftə bu yataqdan çıxan qazın satışı ilə məşğul olan “Azerbaijan Gas Supply Company” şirkətinin açıqlamasından məlum oldu ki, Avropadakı istehlakçıların bəzilərinə çatdırılan qazın həcmi azaldılıb və sonradan “Şahdəniz” yatağının texniki operatoru kimi bp şirkəti  bunun texniki problemlərlə olduğunu izah etdi. Açıqlanan məlumata görə, “Şahdəniz-1” layihəsi üzrə hasilatın aparıldığı “Alfa” platformasında hasilat müvəqqəti dayandırılıb.
Quyularda və platformadakı qurğularda hansısa nasazlıq baş verməyib, sadəcə platformanı Səngəçal terminalı ilə birləşdirən sualtı boruda, hansından ki, kondensat nəql edilir – orada texniki problem yaşandığından müvəqqəti hal kimi belə bir addım atılıb. Düzdür, əvvəlcə bunun yanvarın 15-dək həll ediləcəyi qeyd edilsə də, ancaq sonradan bu müddətin ayın 19-dək uzadılması barədə istehlakçılar məlumatlandırılıb.
Onu qeyd edim ki, bu halın Şahdəniz-2 layihəsinə heç bir təsiri olmayıb və hasilat normal qaydada davam etdirilir. Bu baxımdan “Şahdəniz”lə bağlı olan xəbərlərdə pozitiv məqamlar daha çoxdur.
“Şahdəniz”in rekordları
Energetika nazirliyinin açıqlamasına görə, ötən il “Şahdəniz” yatağından 27,8 mlrd kubmetr qaz hasil edilib. İndiyənə qədər “Şahdəniz”dən bu qədər qaz çıxarılmamışdı. Bu həcm 2023-cü ilin göstəricilərindən 1,55 mlrd kubmetr və ya 5,9% artım deməkdir.
Hazırda Azərbaycanda hasil edilən əmtəəlik qazın təqribən 72,5% məhz “Şahdəniz”in hesabına əldə edilir. Yataqdan ötən il çıxarılan qazın 59,3%-i “Bravo” platformasının, 40,7%-i isə “Alfa” platformasının payına düşüb. Və yeni bir rekord “Alfa” platformasında qeydə alınıb: 2016-cı ildən illik 10 mlrd kubmetr həcmini aşan platformada ötən il ilk dəfə 11 mlrd kubmetrdən çox qaz hasil etmək mümkün olub. 
 

Onu da əlavə etmək istərdim ki, 2006-cı il dekabrın 15-dən “Şahdəniz”də hasilatın başlanma tarixindən 2025-ci ilə qədər olan müddətdə yataqdan 48,7 milyon tona yaxın kondensat,  236,8 milyard kubmetr qaz çıxarılıb. Əldə olunan təbii qazın 169,5 mlrd kubmetri isə ixraca yönəldilib. Yəni yerdə qalan 67,3 mlrd kubmetri isə Azərbaycanın daxili bazarına yerli tələbatı ödəmək üçün yönəldilib.


Bu statistikanı bilirsinizmi nəyə görə belə dəqiqliklə diqqətinizə çatdırıram? Bu qaz “Yanardağ” qazı kimi gəlməsin Sizlərə. İstəyim odur ki, “Şahdəniz” qazının dənizin 500 metr dərinliyində, məhsuldar layların isə daha 7000 metr dərinlikdən çıxarılaraq istehlakçılara necə mürəkkəb texnoloji, texniki və logistik məsələləri həll etməklə çatdırılmasını biləsiniz.
Qaz ixracı
İxraca yönəldilən qazda isə “Şahdəniz” şəksiz liderdir. Belə ki, Energetika Nazirliyinin hesabatına əsasən, ötən il Azərbaycan xarici bazarlarda ilk dəfə tarixində 25 mlrd kubmetrdən çox qaz satmağa nail olub ki, bunun da 21,4 kubmetrini və ya 85%-ni “Şahdəniz” yatağı təmin edib. Avropada satılan qaz həcmləri isə məhz “Şahdəniz” qazına bağlıdır.
Ötən il Azərbaycan 2023-cü illə müqayisədə Avropada satılan qaz həcmlərini 1,1 mlrd kubmetr artıraraq 12,9 milyarda qədər artıra bildi. Avropa bazarına çıxarılan əlavə həcmlərdə də “Şahdəniz”in payı yüksəkdir. Çünki proqnozlara görə, Şahdəniz-2 layihəsi üzrə maksimal 16 mlrd kubmetr qazın çıxarılması, Şahdəniz-1 layihəsi üzrə isə 10 mlrd kubmetr qazın stabil saxlanması nəzərdə tutulurdusa, artıq proqnozdan 1,8 mlrd kubmetr mavi yanacağın istehsal edilməsinə nail olunub.     
Bu baxımdan da neft həcmlərinin azalması fonunda Azərbaycan qazının artımı ürəkaçan bir hadisədir. Çünki bizim qazın enerjisi istər regionda, istərsə də ildən ilə coğrafiyası genişlənən uzaq ölkələrdə belə hiss edilir. 
Bizim.Media  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Yanvar 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see186

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see175

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see155

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see133

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see123

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see122

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see118

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri