Enerji paylayıcı qutularından oğurluq etdi, kameraya düşdü ANBAAN VİDEO
Icma.az bildirir, Bizim media portalına istinadən.
Bakının üç rayonunda ayrı-ayrı ünvanlarda binaların girişlərində quraşdırılmış enerji paylayıcı qutularından müxtəlif markalı elektrik avadanlıqlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə talama cinayətlərini törətmiş əvvəllər dəfələrlə məhkum olunan 63 yaşlı Qulam Qulyev saxlanılıb.
Onun oğurladığı avadanlıqların bir hissəsi tapılaraq maddi sübut kimi götürülüb.
Araşdırmalar zamanı Q.Qulyevin Xətai və Sabunçu rayonlarında da binaların həyətlərində analoji hadisələr törətdiyi müəyyən edilib. Saxlanılan şəxsin həmin əməlləri təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir. 
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 10 Yanvar 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















