Icma.az
close
up
RU
Enerji siyasətində gələcəyə yönəlmiş yanaşma ŞƏRH

Enerji siyasətində gələcəyə yönəlmiş yanaşma ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edən, enerji təhlükəsizliyini milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevirən ölkələr sırasında yer alır. Neft və təbii qaz ehtiyatlarının səmərəli istismarı, elektrik enerjisi istehsalının davamlı şəkildə artırılması və enerji infrastrukturunun müasir tələblərə uyğun yenilənməsi ölkənin enerji müstəqilliyini tam təmin etmişdir. Enerji sahəsində həyata keçirilən uzunmüddətli strategiya Azərbaycanın xarici təsirlərdən asılılığını minimuma endirmiş, daxili bazarın fasiləsiz və dayanıqlı enerji təminatını təmin etmişdir.

Son onilliklər ərzində enerji sektoruna yönəldilən investisiyalar istehsal güclərinin artmasına, yeni yataqların istismara verilməsinə və mövcud resurslardan daha səmərəli istifadə olunmasına şərait yaratmışdır. Elektrik stansiyalarının yenidən qurulması, yeni generasiya güclərinin yaradılması və regional enerji şəbəkələrinin inteqrasiyası nəticəsində ölkə üzrə enerji təminatında sabitlik əldə edilmişdir. Bu amil həm əhalinin sosial rifahına müsbət təsir göstərmiş, həm də sənaye və kənd təsərrüfatı sahələrinin inkişafını sürətləndirmişdir.

Enerji təminatında özünütəminetmə Azərbaycanın iqtisadi dayanıqlığının əsas sütunlarından biridir. İstehsal olunan enerjinin daxili tələbatı tam ödəməsi inflyasiya risklərini azaldır, istehsal xərclərini aşağı salır və iqtisadi planlaşdırmanı daha etibarlı edir. Eyni zamanda enerji sahəsində əldə edilən müstəqillik ölkənin siyasi qərarlarının sərbəstliyini artırır, beynəlxalq münasibətlərdə milli maraqların qorunmasına əlavə imkanlar yaradır. Bu baxımdan enerji sektoru təkcə iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyan sahə kimi çıxış ed

Azərbaycan daxili enerji tələbatını tam təmin etməklə yanaşı, eyni zamanda enerji resurslarını beynəlxalq bazarlara uğurla çıxaran mühüm ixracatçı ölkədir. Neft və təbii qazın dünya bazarlarına çıxarılması ölkəyə valyuta axınını təmin edir, dövlət büdcəsinin gəlirlərini artırır və sosial-iqtisadi layihələrin maliyyələşdirilməsinə geniş imkanlar yaradır. Azərbaycan enerjisi bir çox ölkələrin enerji balansında mühüm yer tutur və bu amil ölkənin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir.

Enerji ixracı sahəsində həyata keçirilən layihələr regional və qlobal enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan etibarlı tərəfdaş kimi tanınaraq uzunmüddətli əməkdaşlıq münasibətləri qurur və bu əməkdaşlıq siyasi dialoqun dərinləşməsinə də xidmət edir. Enerji resurslarının şaxələndirilmiş marşrutlarla ixracı ölkənin geostrateji əhəmiyyətini artırır, onu regionda mühüm enerji qovşağına çevirir. Bu mövqe Azərbaycanın beynəlxalq proseslərdə söz sahibi olmasına şərait yaradır.

Bununla yanaşı, Azərbaycan enerji siyasətində gələcəyə yönəlmiş yanaşmanı da ön planda saxlayır. Bərpa olunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji” layihələrinin həyata keçirilməsi və ekoloji dayanıqlılığın təmin edilməsi enerji strategiyasının mühüm istiqamətlərindən birinə çevrilmişdir. Xüsusilə günəş və külək enerjisi potensialından istifadə edilməsi həm ətraf mühitin qorunmasına, həm də enerji istehsalının diversifikasiyasına xidmət edir. Bu yanaşma Azərbaycanın qlobal iqlim çağırışlarına məsuliyyətli münasibətinin göstəricisidir.Azərbaycan bu gün enerji sahəsində tam təminatlı, ixrac yönümlü və strateji baxımdan güclü bir dövlət kimi çıxış edir. Daxili tələbatın ödənilməsi, dünya bazarlarına çıxış və alternativ enerji mənbələrinin inkişafı ölkənin enerji siyasətinin əsas sütunlarını təşkil edir. Bu siyasət yalnız bu günü deyil, gələcək nəsillərin rifahını da təmin etməyə yönəlmiş uzunmüddətli və düşünülmüş inkişaf modelidir.

Cəmilə Bağırova

YAP Ordubad rayon təşkilatının məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Fevral 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see386

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see329

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see325

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see296

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see295

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see279

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see279

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see273

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see269

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see260

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see255

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see255

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see247

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see242

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see240

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see235

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see235

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see230

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see216

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri