Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Enerji təhlükəsizliyi qlobal gündəliyin aktual məsələlərindəndir

Enerji təhlükəsizliyi qlobal gündəliyin aktual məsələlərindəndir

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Ölkəmiz mötəbər tədbirlərin keçirildiyi məkanlardan biridir. Bu günlərdə Bakıda strateji əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü iclasları keçirilib. Bu nazirlərin, məsul şəxslərin, texniki mütəxəssislərin illik görüşü deyil, bu həm də siyasi etimad, iqtisadi tərəfdaşlıq platformasıdır. Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin və regionun davamlı inkişafının gələcəyini müəyyən edən ölkə kimi artan rolunun təsdiqidir.

Azərbaycan müstəqil enerji siyasətini həyata keçirməyə başladığı ilk vaxtdan dövlət strategiyasını qlobal tələbatla uyğunlaşdırmaq üçün unikal təcrübə nümayiş etdirir. Avrasiyanın qovşağında yerləşən Azərbaycan “xammal asılılığı” yolunu yox, intellektual enerji diplomatiyası modelini tətbiq edir. Qlobal enerji meyllərinin təhlili əsasında Azərbaycan özünü xammal ixracatçısından Avropanın tamhüquqlu strateji tərəfdaşına çevirmişdir.
Vaxtı ilə Cənub Qaz Dəhlizi layihəsinə ciddi yanaşmırdılar, bəzi qüvvələr isə bu layihəni Azərbaycana təsir aləti kimi istifadə etmək istəyirdi. Lakin XXI əsrin ən böyük enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi Xəzər regionu ölkələrinin, Balkan ölkələrinin və bütövlükdə Aİ-nin maraqlarını birləşdirdi. Bütün bunlar isə sabit, praqmatik və proqnozlaşdırıla bilən tərəfdaş kimi Azərbaycan dövlətinə davamlı yüksək inamla bağlıdır. Cənub Qaz Dəhlizi təkcə infrastruktur layihəsi deyil, geosiyasi amildir. Artan qeyri-sabitlik, enerji böhranları və əvvəlki enerji asılılıqlarına yenidən baxılması fonunda Cənub Qaz Dəhlizi Avropanın təkcə qazı deyil, həm də gələcəyə olan ümidə çevrildi. Azərbaycan Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri ilə tədarük həyata keçirməklə sübut etdi ki, siyasi şərtlər və tərəddüd etmədən tərəfdaşlarının enerji tələbatını stabil şəkildə ödəməyə qadirdir. Bu yetkinlik səviyyəsi hətta daha çox resursları olan ölkələrdə də nadir hallarda əldə edilir, lakin Azərbaycan strateji düşüncədə resursların miqdarının əsas meyar olmadığını göstərdi. Dövlətimiz, onun başçısı cənab İlham Əliyev bir daha sübut etdi ki, baxış, məsuliyyət və beynəlxalq öhdəliklərə hörmət vacibdir. Bu gün Avropa ölkələri Azərbaycanı əvvəlki təchizatçılara alternativ, onun regiondakı rolunu sabitlik və etibarlılıq amili kimi qiymətləndirir. Öz növbəsində Prezident İlham Əliyev artıq Avropaya qaz nəqlinin coğrafiyasını genişləndirmək planlarını açıqlayıb: “Qaz təchizatımızın coğrafiyası genişlənir. Bizim Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək”.
Dünyada baş verən geosiyasi proseslər fonunda enerji təhlükəsizliyi daha çox milli təhlükəsizliyin və ölkələrin təhlükəsizliyinin tərkib hissəsinə çevrilib. Prezident İlham Əliyev bu məsələyə diqqət çəkərək vurğulayıb: “ Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Mən hətta deyərdim ki, bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik, çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır”. Dayanıqlı enerji təchizatına artan tələbat və enerji təhlükəsizliyinin gücləndirilməsi zərurəti fonunda Avropa ölkələri Azərbaycan təbii qazının tədarükünün artırılmasına aydın maraq göstərirlər. Artıq Azərbaycandan qaz alan ölkələr həcmi artırmağa çalışır, Cənub Qaz Dəhlizinə hələ qoşulmayan ölkələr isə bu etibarlı mənbəyə çıxış əldə etmək istəklərini bildirirlər. Artıq Cənub Qaz Dəhlizinin Cənub-Şərqi Avropa və Balkanlara genişləndirilməsi məsələsi də aktuallaşır. Qaz nəqli infrastrukturunun danılmaz uğurunu və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi üçün xüsusi əhəmiyyətini nəzərə alaraq, Cənub Qaz Dəhlizinin həyata keçirilməsi üçün konkret addımlara həmişə olduğundan daha çox ehtiyac var.
Azərbaycan ənənəvi resurslarla məhdudlaşmayaraq, bərpa olunan enerji sektorunu fəal şəkildə inkişaf etdirir. Və bu, enerjinin transformasiyası ehtiyacının və ekoloji məsuliyyətin dərk edilməsi ilə diktə edilən strateji addımdır. Ölkə artıq günəş və külək enerjisinə milyardlarla dollar investisiya cəlb edib, BƏƏ, Səudiyyə Ərəbistanı, Aİ və iri beynəlxalq korporasiyalarla müqavilələr bağlayıb. Xəzər və Qara dənizləri Gürcüstan və Rumıniya vasitəsilə birləşdirən “yaşıl” enerji dəhlizi xüsusi əhəmiyyət kəsb edir ki, bu da “yaşıl” enerjinin Avropaya nəqli üçün unikal imkan yaradır. Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıqda Azərbaycanın rolu daha da artacaq. Bu sahədə investorlarla imzalanmış müqavilələrə toxunan dövlətimizin başçısı vurğuladı: “Müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd etdiyim kimi, nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qazı ixraca yönəldəcəyik. Biz öz sərmayələrimizlə fəal şəkildə inkişaf edirik. Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə, biz artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurmuşuq. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq”.
Sinergizm Azərbaycanın enerji siyasətinin əsas prinsipidir. Azərbaycanın enerji strategiyasının ən mühüm cəhəti onun köhnəni yeniyə qarşı qoymaq deyil, onları birləşdirə bilməsidir. Ölkə neftdən və qazdan imtina etmir, lakin bununla da məhdudlaşmır. Yaşıl enerji alternativ kimi deyil, onu tamamlayan kimi inkişaf edir - davamlılığı, investisiya cəlbediciliyini və iqlim məsuliyyətini təmin edə biləcək sinerji yaradır. Azərbaycan modelinin müdrikliyi belədir: yeni üçün dağıtmaq yox, köhnənin ən yaxşısını saxlayaraq yenisini qurmaqdır. Əlbəttə ki, Azərbaycanın enerji strategiyası ilə qurduğu diplomatik kapitalı da qeyd etməmək mümkün deyil. Məşvərət Şuralarının Bakıda keçirilən iclasları nazirlərin, səfirlərin, enerji şirkətlərinin rəhbərlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin görüşləri üçün vacib platformaya çevrilmışdır. Azərbaycanın paytaxtı təkcə tranzit qovşağı deyil, həm də Avropanın gələcək enerji xəritəsinə təsir edəcək qərarların qəbul olunduğu yerdir. Azərbaycan diktə etmir, təklif edir. O, şantaj etmir - inandırır. Məhz hörmətə, praqmatizmə və məsuliyyətə əsaslanan bu model ona qarşı davamlı maraq və etibar yaradır. Enerji təhlükəsizliyinin milli təhlükəsizliklə sinonimləşdiyi bir dünyada Azərbaycan sabitliyin, tərəfdaşlığın və texnoloji transformasiyanın təminatçısıdır və enerjinin təkcə resurs deyil, həm də inkişaf, harmoniya və beynəlxalq liderlik vasitəsinə çevriləcəyi gələcəyə inamla yol açır.

Hicran Hüseynova
Milli Məclisin Komitə sədri, professor

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Aprel 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri