Icma.az
close
up
RU
Enerjiyə 50% qənaət təmin edən skoç taktikası

Enerjiyə 50% qənaət təmin edən skoç taktikası

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Qışın yaxınlaşması ilə birlikdə milyonlarla evdə kombilər yenidən işə düşüb. ABŞ-li bir kontent istehsalçısının paylaşdığı sadə üsul sosial mediada geniş marağa səbəb olub. Onun sözlərinə görə, evdə yalnız yaplşqan lentdən istifadə etməklə istilik itkisini azaltmaq mümkündür və bu üsul xüsusilə köhnə pəncərələrdə daha effektivdir.

Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, evlərdə istilik itkisinə səbəb olan əsas mənbələr pəncərə və qapı ətrafındakı kiçik boşluqlardır. Zaman keçdikcə həm plastik (pimapen), həm də taxta pəncərələrdə contalar boşalır və hava sızması yaranır. Bu isə həm evin isinməsini çətinləşdirir, həm də artıq enerji sərfiyyatına səbəb olur.

ABŞ-də enerji qənaəti ilə bağlı kontent hazırlayan Bradley On A Budget adlı yaradıcı, evində istilik itkisini yapışqan lent üsulu ilə yarıbayarı azaltdığını bildirib. Onun sözlərinə görə, bu sadə üsul nəticəsində 40 dollarlıq elektrik xərci nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bütün prosesin dəyəri cəmi "bir neçə qəpik" olub.

Paylaşılan üsula əsasən, pəncərənin çərçivəsi ilə divar arasındakı boşluqlar geniş yapışqan lent ilə bir neçə qat yapışdırılaraq bağlanır. Lentin səthə möhkəm yapışdırılması xaricdən daxil olan soyuq havanı kəsir və otağın temperaturunun daha stabil qalmasını təmin edir.

Bu üsul xüsusilə:

Köhnə taxta pəncərələrdə Contası boşalmış pimapen çərçivələrdə Balkon qapılarında

daha yüksək effekt göstərir. Soyuq havanın qarşısı alındığı üçün daxildəki isti hava da kənara çıxmır və kombinin iş yükü azalır.

Bu üsulun yeganə mənfi tərəfi pəncərə kənarında görünən lent izləridir. Buna görə görüntüyə xüsusi önəm verən şəxslər tətbiq etməkdə tərəddüd edə bilər. Lakin mütəxəssislər bildirirlər ki, enerji qənaəti baxımından üsul son dərəcə məntiqlidir və xüsusilə soyuq şəhərlərdə qısa müddətdə effekt verir.

Koli bandının digər müsbət təsiri qış aylarında tez-tez rast gəlinən pəncərə buğulanmasının azalmasıdır. Çünki boşluqlar bağlandıqda soyuq hava axını kəsilir və şüşə səthində əmələ gələn yoğuşma da azalır.

Cəmi bir neçə dəqiqəyə tətbiq edilən bu üsul evdə istilik itkisini azaltmaq istəyənlər üçün həm iqtisadi, həm də təsirli bir həll kimi ön plana çıxır.
Lalə Qüdrətova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 Noyabr 2025 08:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri