Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Entoni Blinken Əli Kərimlinin yeni ağası ola bilər

Entoni Blinken Əli Kərimlinin yeni ağası ola bilər

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Entoni Blinken tanımadığı, lakin şəbəkənin maraqlarını ifadə edənlərə mükafat paylayır

Bu günlər dağıdıcı müxalifətin təsiri altında olan saytlar, beyni yuyulmuş müxtəlif sosial şəbəkə istifadəçiləri hay-küylü, məntiqsiz və əsassız yazıları, paylaşımları ilə diqqət mərkəzinə çevrilməyə çalışırlar. Bu da onu təsdiq edir ki, COP29 konfransı ərəfəsi və konfransın keçirildiyi günlərdə qarayaxma kampaniyaları, şər və böhtanları ilə bir iş görə bilmədiklərini anladıqlarından konfransdan sonra yeni metod və sistemlə şanslarını yoxlamağa, ən azı qrant verən təşkilatların rəğbətini qazanmağa ümid edirlər. AXCP və Milli Şura rəhbərliyinin, eləcə də onların trollarının fəallaşması, həm də onu təsdiq edir ki, Azərbaycan hüquq-mühafizə orqanlarının Avropanın qaranlıq dairələrinin əlinə işləyən Bakıdakı təmsilçilərini ifşa etməsi, onların kürkünə birə salıb. Narahatdırlar ki, Abzas Media, “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərovun, Toplum TV, Meydan TV və digər xarici maraqlı dairələrin casus şəbəkəsinin üzvləri kimi çıxış edənlərin ifşası onlar üçün heç də yaxşı sonluq vəd etmir. İpin bir ucunun onlara gedib çıxacağını və bu məsələ istintaqçıların gözündən yayınmayacağını anlayırlar. Ona görə də, “qabaqdan gəlmişlik edim” deyiminə uyğun olaraq qeyri-ixtiyarı özlərini qorumağa cəhd edirlər. Əli Kərimlinin, Cəmil Həsənlinin və onların trollarının ifşa olunmasından narahat olan xarici ermənipərəst dairələr də sakit dayanmır və Azərbaycanı qaralamağa, gözdən salmağa yönələn açıqlamaları ilə təmsilçilərinə öz dəstəklərini nümayiş etdirirlər.

Entoni Blinken tanımadığı, lakin şəbəkənin maraqlarını ifadə edənlərə mükafat paylayır

ABŞ dövlət katibi Entoni Blinken nə yaşına, nə başına, nə də oturduğu vəzifə kreslosunun qaydalarına uyğun olmayan yekəxanalıq və əndazəni aşan hərəkətlərə yol verib. “İnsan Haqları Günü” ilə bağlı təşkil edilən tədbirdə bildirib ki, bəzi ölkələrdə insan hüquqları pozulur, insanlara qarşı həbslər həyata keçirilir, məhkəmələr tərəfindən ədalətsiz qərarlar qəbul olunur. Söz yox ki, Blinkenin bu cür sayıqlaması təsadüfi sayıla bilməz. Çünki bu şəxsin kifayət qədər yaşı var, həm də vəzifə kreslosu sıradan bir kreslo deyil. Bu məxluq bilərəkdən, həm də məqsədli şəkildə müstəqil siyasət aparan dövlətləri hədəfə alır. Hətta Azərbaycan kimi azad, demokratik, hüququn aliliyinin qorunduğu dövlətlə bağlı deyir ki, guya Azərbaycanda demokratik proseslərə xələl gətirən, insan hüquqlarının pozulmasına yol açan əməllər törədilir. İddia edir ki, guya “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov qanunsuz olaraq həbs edilib. Blinken ona təqdim olunan arayış əsasında R.Səfərov haqqında bişmiş toyuğun belə gülüşünə səbəb olan tərifli, bər-bəzəkli ifadələr səsləndirib. Sonra da elan edib ki, Rüfət Səfərov ABŞ Dövlət Departamentinin mükafatına layiq görülüb. Birincisi, R.Səfərov cinayət törədən şəxsdir. O fərdi yaşayış evinin tikintisi üçün bir nəfərə satdığı torpaq sahəsinə dair sənədləri verməkdən imtina edib. Torpağı alan şəxs pulunu geri istədikdə isə R.Səfərovun şillə-təpiyinə “qonaq” olub. Sual olunur, belə bir təpik E.Blinkenin böyrünə və ya başına dəysə idi, o polisə müraciət etməzdimi? İkincisi, R.Səfərov deyilən, qolunun gücünə arxalanan zərərverici hansı fəaliyyətinə görə, ənama layiq görülüb? E.Bliken həbs edilənlər azad edilməlidir, deyərkən qanunlara qarşı kor və kar olduğunu nümayiş etdirir. Anlamır ki, bura Azərbaycandır, hər bir məsələ qanun çərçivəsində tənzimlənir. Digər tərəfdən, məsəl var deyərlər, “utanmasan oynamağa nə var ki?”. ABŞ prezidenti C.Bayden hakimiyyətin ona verdiyi imkanlardan sui-istifadə edərək, qatı cinayətkar, haqqında 9 maddə ilə cinayət işi qaldırılan oğlunu əfv etdi. Bununla Bayden nümayiş etdirdi ki, ABŞ qanunları onun oğlundan üstün deyil. Qanunların ayaqlar altına atıldığı ölkənin rəsmi şəxsi olan E. Blinken utanıb-çəkinmədən başqa dövlətlərə qarşı ittihamlar irəli sürür.

Ə.Kərimli az qalır desin ki, sənə qurban olum Blinken, nə yaxşı ki, haqqımızda elə tərifli sözlər söylədin

E.Blinkenin absurd iddialarla çıxış etməsindən ruhlanan AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli və digərləri əllərinə paslanmış şeypur alıb, yenicə banlamağa başlayan beçə kimi banlayırlar. Ə.Kərimli az qalır desin ki, sənə qurban olum, Blinken, nə yaxşı ki, haqqımızda elə tərifli sözlər söylədin. C.Həsənli “sizə qurban olum Blinken”, “siz nə yaxşı insansınız”, “sizə gələn qada-bəla bizə gəlsin” deməyə hələ ki, abır-həya eləsə də, sözlərindən və statuslarından hiss etdirir ki, o bir ömür E.Blinkenə borcludur. Yəni bundan sonra az maliyyə yardımları ilə onların tapşırıqlarını yerinə yetirməkdən çəkinməzlər. Blinkenin “siyasi məhbus” terminlərindən istifadə etməsi Ə.Kərimlinin və C.Həsənlinin keyfini o qədər açıb, durumunu o dərəcədə məmnun edib ki, Ə.Kərimli pafoslu şəkildə bəyan edib ki, bundan sonra “siyasi məhbus”ların sayı 312-dən 328-ə qaldırılır. Əslində, Ə.Kərimlinin, C.Həsənlinin məmnun edilən “siyasi məhbus” termini ABŞ-ın və Qərbin qaranlıq dairələrinin istifadə etdikləri iyrənc metodlardandır. Çünki “siyasi məhbus” termini Qərb dairələrin leksikonunda siyasi dəyənək rolunu oynayır. Həmin dəyənəyi onlar müstəqil siyasət yürüdən ölkələrə qarşı yönəldir. Bir qədər əvvəl Almaniyanın faşist dərnəyinin fəal üzvü olan Frank Şveber də çıxış edərək ənənəvi ampluasına uyğun olaraq bildirmişdir ki, guya Azərbaycanda “İnsan haqları” pozulur, “demokratiya yoxdur”, “ölkədə siyasi məhbusların sayı artır”. Yəni bu kimi ağıldan kəm ifadələr və ittihamlarla Azərbaycanı hədəf seçməyə və haqq yolundan, ədalətli mövqeyindən çəkindirməyə çalışıb. Bu gün də eyni ampluadadır. Lakin onlar unudurlar ki, Azərbaycan ilə şantaj dilində danışmaq heç bir nəticəyə gətirib çıxara bilməz. Digər tərəfdən Azərbaycanda “siyasi məhbus” yoxdur, konkret cinayət törədən və əməlinə görə həbs edilənlər var. İkincisi, ABŞ-ın və Qərbin torbalı siyasi şoumenləri bilirmi “siyasi məhbus” kimlərə şamil olunur? Əgər separatçı, oğru, quldurluq edən, qaçaqmalçılıqda ittiham edilən şəxs “siyasi məhbus” hesab edilirsə, o zaman Avropanın və ABŞ-ın həbsxanalarında cürüyən məhbusların az qala 85-90 faizi siyasi məhbusdur. Əgər insan hüquq və azadlıqlarını belə hörmət edir və dəyər verilərsə, o zaman həbs edilən şəxsləri azad etsinlər. Digər tərəfdən, C.Baydenin kobud hüquqi səhvini düzəldib, onun oğlunu yenidən həbsxanaya göndərsinlər.

İLHAM ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Dekabr 2024 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see644

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see407

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see350

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see262

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see255

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see252

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see236

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see229

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see228

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see219

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see214

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see204

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see200

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see200

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see198

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see196

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see189

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see188

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see180

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri