Entso Fernandes “Real”a keçmək istəyir Marca
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Çelsi”nin yarımmüdafiəçisi Entso Fernandes performansı ilə əlaqəsi olmayan səbəblərdən “Real Madrid”ə qoşulmaq və İngiltərəni tərk etmək istəyir.
İdman.Biz bu barədə “Marca”ya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, “soyuq, yağış və günəşin olmaması isti havaya və daha az sərt iqlimə öyrəşmiş Entsoya təzyiq göstərir". Fernandes dostu və Argentina milli komanda yoldaşı Xulian Alvaresin nümunəsini izləmək istəyir. Xulian Alvares “Mançester Siti”dən “Atletiko Madrid”ə keçdikdən sonra daha çox diqqət çəkib. Enzo həmçinin özünə daha uyğun bir şəhərdə yaşamaq istəyir.
Argentinalı futbolçu 2023-cü ilin yanvar ayından “Çelsi”də çıxış edir. Bu mövsüm Fernandes bütün yarışlarda 36 oyunda meydana çıxıb, 11 qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2032-ci ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 85 milyon avrodur.
Baxış sayı:161
Bu xəbər 06 Fevral 2026 01:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















