Icma.az
close
up
RU
Mədəniyyət Evində şəhidlərin ruhuna hörmətsizlik Transgenderi səhnəyə kim çıxardı? VİDEO

Mədəniyyət Evində şəhidlərin ruhuna hörmətsizlik Transgenderi səhnəyə kim çıxardı? VİDEO

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

27 sentyabr – Anım Günü Azərbaycanın ən həssas və milli birliyini əks etdirən tarixlərindən biridir. Hər birimiz vətəndaş, insan olaraq belə bir gündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etməliyik.
Ona görə də bu istiqamətdə keçirilən tədbirlər protokol xatirinə deyil, qəlbən sevgi və hörmətlə təşkil olunmalıdır.
Amma görünən odur ki, Mədəniyyat Nazirliyinin Mədəniyyət baş idarəsinin tərkibində olan M.Ə.Sabir adına Bülbülə qəsəbəsi Mədəniyyət Evində bu həssas və qürurverici günün mahiyyətini anlamayıblar, ya da “quş qoymaq” xatirinə tədbir keçiriblər. Çünki ciddi təşkilatçılığı olan tədbirdə – məktəb uşaqlarının qarşısında, dövlət bayrağının fonunda transgender (bioloji cinsini dəyişmiş şəxs) səhnəyə çıxıb mahnı oxuya bilməzdi.
Sosial şəbəkələrdə geniş müzakirəyə çıxarılan bu hadisə ciddi narahatlıq doğurub. Düzdür, müasirlik adı altında transgenderin cürətini və ona şərait yaradanları tərifləyənlər də az deyil, amma çoxluq haqlı olaraq etiraz edir. Bu cür reaksiyalar göstərir ki, cəmiyyət milli dəyərlərə qarşı olduqca həssasdır və bu həssaslıq təşkilatçıların məsuliyyətini daha da artırmalıdır.
Vətənpərvərliklə ziddiyyət təşkil edən səhnə
Mədəniyyət Nazirliyi isə bu həssaslığa biganə yanaşır ki, hələ də məsələylə bağlı rəsmi açıqlama yaymayıb, susqunluğunu qorumağa üstünlük verib. Onlar bilməmiş olmazlar ki, mədəniyyət evlərinin və yaradıcılıq mərkəzlərinin üzərinə düşən əsas vəzifə – xalqın mədəniyyətini düzgün təqdim etmək və ictimai tədbirləri dəyərlərimizə xas şəkildə təşkil etməkdir. Anım Günü tədbirində transgenderin çıxışı isə bu vəzifənin ciddi pozulması deməkdir.
 

Tədbirin məqsədi gənc nəslə bu qürurverici günün mahiyyətini aşılamaq olduğu üçün bunu daha ciddi, vətənpərvərlik ruhunda bədii-ədəbi çıxışlar və təqdimatlarla reallaşdırılması lazım idi.


Bunun əvəzinə, şəxsiyyəti mübahisəli bir ifaçıya səhnə verilməsi təşkilatçıların məsuliyyətsizliyini göstərir. Digər tərəfdən transgenderin dövlət tədbirlərində önə çıxarılması, kimlərinsə təbliğ tendensiyası kimi başa düşülə bilər, bu da cəmiyyətin mədəniyyət sahəsinə etibarını sarsıdar.
Təbliğ məsələsinə gəlincə, qardaş Türkiyə bu məsələ ilə bağlı təqdirəlayiq addımlar atıb. Belə ki, Türkiyədə LGBT ilə bağlı yeni hüquqi tənzimləmələrə başlanılır. Bioloji cinsiyyətə zidd davranışlar sərgiləyən və ya belə davranışları açıq şəkildə təşviq edən, tərifləyən və ya təbliğ edən şəxslər 1 ildən 3 ilədək həbs cəzası ilə cəzalandırılacaq. Eyni cinsdən olan şəxslərin nişan və ya toy mərasimi keçirməsi onlara 1 il 6 aydan 4 ilədək həbs cəzası ilə başa gələcək.
Bəs bizdə? Sosial şəbəkələrdə, xüsusilə də daha azad platforma olan Tiktokda transgenderler rahatlıqla sevgililəri, “nişanlıları” ilə videolar paylaşır, hətta əxlaq və davranışdan uzun-uzadı dərs də keçirlər.
Bu təhlükəli vəziyyət getdikcə normallaşdırılmağa cəhd olunur, hətta müəyyən dərəcədə buna nail də olublar, çünki bunu normal qəbul edən gənclərin sayı artır. Məsələ nəzarətə götürülməli, təcili və təxirəsalınmaz tədbirlər görülməli olduğu halda təəssüf ki, bəzi deputatlar  cavabdan yayınır, “yaxanı ələ vermək” istəmirlər. Ona görə də meydan boş qalınca, onu sulayanlar da günü-gündən çoxalır.
Sənət və mədəniyyət sahəsində cinsiyyət azadlığı?
 

Bu hadisə bir daha sübut etdi ki, əlamətdar günlərdə keçirilən tədbirlər təsadüfi şəkildə, kimə gəldi səhnə verilməklə təşkil olunmamalıdır. Xüsusilə məktəblilər qarşısında keçirilən tədbirlər ciddi süzgəcdən keçirilməlidir, bu yaşda olan uşaqların milli kimliyini, şüurunu yanlış formalaşdıracaq addımlardan uzaq durulmalıdır. 


Mədəniyyət Nazirliyi, yerli idarələr və təhsil qurumları bu cür hallara ciddi nəzarət etməli, tədbir ssenariləri əvvəlcədən məsləhətləşməlidir ki, sonradan belə xoşagəlməz vəziyyətlər yaranmasın.
Ən əsası – milli dəyərlərə, şəhidlərə ehtiram sadəcə səhnəyə bayraq, gerb qoyub, məktəbliləri zala toplamaqdan ibarət deyil, həm də görəcəyin işi sevgi, sayğı və məsuliyyətlə icra etməkdir, toplumun həssas nöqtəsinə toxunmamaqdır. Ununtmamalıyıq ki, o toplumun içində yaraları hələ də qövr etməmiş şəhid anaları, ailələri var.

Şəfiqə Şəfa, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Oktyabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see191

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see168

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see160

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see136

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see135

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see135

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see125

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri