Icma.az
close
up
RU
Azərbaycan Fransa münasibətlərində yeni mərhələ: qarşıdurmadan dialoqa

Azərbaycan Fransa münasibətlərində yeni mərhələ: qarşıdurmadan dialoqa

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Son aylarda Azərbaycan və Fransa arasında diplomatik münasibətlərdə nəzərəçarpacaq istiləşmə müşahidə olunur.

Prezident İlham Əliyevin Fransanın Azərbaycandakı yeni səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən söylədiyi “anlaşılmazlıqlar keçmişdə qaldı” fikri bu dəyişimin mahiyyətini açıq şəkildə göstərdi. Xüsusilə Kopenhagendə prezident İlham Əliyev və president Emmanuel Makron arasında keçirilən görüş iki ölkə arasında yeni dialoq mərhələsinin əsasını qoydu.

Fransa tərəfinin son aylarda Azərbaycanla birbaşa təmaslara üstünlük verməsi, mədəni və iqtisadi əlaqələrin bərpası istiqamətində siqnallar verməsi, Parisin Cənubi Qafqaz siyasətində yeni ton yaradır. Məhz bu məqamda sual yaranır: bu yaxınlaşma müvəqqəti jestdirmi, yoxsa iki ölkə arasında həqiqi siyasi normallaşmanın başlanğıcıdır?

Bu dəyişimin əsas səbəblərini Bakıvaxtı.az-a şərh edən politoloq Züriyyə Qarayeva bildirib ki, əsas dəyişiklik ilk növbədə beynəlxalq reallıqlar və regional güc balansındakı dəyişmələrlə bağlıdır. Onun sözlərinə görə, Fransa anlayır ki, Azərbaycanı regiondakı proseslərdən kənarda saxlamaq artıq mümkün deyil. Parisin əvvəlki birtərəfli siyasəti - yəni Ermənistanın mövqelərini tam dəstəkləməsi - Fransa diplomatiyasının obyektivliyinə zərbə vurmuşdu. İndi isə Makron administrasiyası balanslı münasibətlər qurmaqla həm Avropa İttifaqı daxilində, həm də Cənubi Qafqazda etimad qazanmağa çalışır. Azərbaycan tərəfi isə bu yaxınlaşmanı müsbət qəbul edir, amma hər şey qarşılıqlı hörmət və bərabərlik prinsipi üzərində qurulmalıdır. Bu, münasibətlərin səmimi şəkildə bərpa olunması üçün yeganə yoldur.

Müsahibimiz deyib ki, Prezident İlham Əliyevin “anlaşılmazlıqlar keçmişdə qaldı” bəyanatı, əslində, diplomatik jest olmaqla yanaşı, reallığa əsaslanır:

“Son illərdə Fransa ilə Azərbaycan arasında əlaqələrin gərginləşməsi müəyyən inamsızlıq mühiti yaratmışdı, lakin indi tərəflər bunu aradan qaldırmaq istəyirlər. Azərbaycan Prezidenti göstərdi ki, Bakı dialoqa açıqdır, lakin bərabərhüquqlu münasibət istəyir. Paris bu mesajı doğru şərh edərsə, iki ölkə arasında iqtisadi, mədəni və humanitar əməkdaşlıq bərpa oluna bilər”.

Politoloq görə, həm də unutmamaq lazımdır ki, bu mərhələ təkcə ikitərəfli münasibətlər deyil, eyni zamanda Azərbaycan-Avropa İttifaqı əlaqələrinin də inkişafı üçün önəmlidir. Yəni, bu bəyanat siyasi niyyətin real fəaliyyətə çevrilməsi üçün başlanğıc nöqtədir.

Fransa Prezidenti Makronun beynəlxalq tədbirlərdə Azərbaycan liderinə yaxınlaşmasının diqqət çəkdiyini deyən həmsöhbətimiz bildirib ki, bu davranışın sırf protokol xarakteri daşıdığını düşünmək sadəlövhlük olardı. Dediyinə görə, Makronun bu cür davranışı Fransanın regiondakı nüfuzunun zəifləməsi ilə bağlı narahatlığının göstəricisidir. Azərbaycan artıq Cənubi Qafqazda əsas siyasi və iqtisadi oyunçulardan biridir və Fransa bu reallığı qəbul etməyə məcburdur:

“Makronun Əliyevə yaxınlaşması, həm də münasibətləri şəxsən bərpa etməyə çalışdığını göstərir. Bu, Fransa diplomatiyası üçün yeni ton deməkdir - tənqidlərdən və sərt bəyanatlardan dialoq və əməkdaşlığa keçid. Lakin bu prosesi davamlı etmək üçün real addımlar - qarşılıqlı səfərlər, iqtisadi layihələr və mədəni mübadilələr – vacibdir”.

Gələcəkdə Azərbaycan-Fransa münasibətlərinin hansı istiqamətdə inkişaf edə biləcəyinə gəlincə, Züriyə Qarayeva bildirib ki, tam bərpa mümkündür, amma bu, mərhələli proses olacaq. Onun sözlərinə görə, əvvəlcə siyasi etimad bərpa olunmalıdır, çünki münasibətlərin zədələnməsi təkcə diplomatik deyil, ictimai rəy səviyyəsində də baş vermişdi. Fransa ictimaiyyətində Azərbaycanın imicinin dəyişməsi üçün mədəni diplomatiya və informasiya əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. İqtisadi müstəvidə isə enerji, nəqliyyat və mədəni irs layihələri münasibətlərin yenidən formalaşmasına töhfə verə bilər.

“Əgər Fransa regionda tərəf kimi deyil, tərəfdaş kimi çıxış edərsə, bu münasibətlər uzunmüddətli sabit əməkdaşlığa çevrilə bilər. Azərbaycanın yanaşması aydındır – qarşılıqlı hörmət və real maraqlar üzərində qurulan əməkdaşlıqdan hər iki tərəf qazanacaq”, - deyə Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Oktyabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri