Yaqlandın Avropa Şurasındakı toxunulmazlığı götürüldü
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa Şurasının Nazirlər Komitəsi təşkilatın sabiq baş katibi Turbyorn Yaqlandın toxunulmazlığının ləğvi barədə qərar qəbul edib.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, bu qərar Norveç hakimiyyətinin ağırlaşdırıcı hallarda korrupsiya ittihamları ilə bağlı cinayət işi açmaq niyyəti ilə əlaqədar müraciətinə əsasən qəbul edilib.
Qeyd olunub ki, bu addım 2025-ci ilin noyabrından etibarən KİV-də dərc olunan məlumatların fonunda atılıb. Həmin materiallar ABŞ hakimiyyətinin Ceffri Epşteyn barədə cinayət işi çərçivəsində açıqladığı sənədlərlə bağlı idi.
Kommunikedə bildirilib ki, Avropa Şurasının fəaliyyətdə olan Baş katibi Alen Berse hələ 2025-ci ilin noyabrında halları və faktları aydınlaşdırmaq üçün qeyri-rəsmi daxili araşdırma başladıb. Araşdırma yanvar ayında başa çatıb.
“2025-ci ilin noyabrındakı ifşalardan sonra Avropa Şurasının bütövlüyünü və nüfuzunu qorumaq üçün zəruri hesab etdiyim bütün tədbirləri gördüm. Bu işin hallarını aydınlaşdırmaq və mövcud məlumatları yoxlamaq üçün qeyri-rəsmi daxili inzibati araşdırmanın başlanmasını tələb etdim”, - A.Berse bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 11 Fevral 2026 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















