Icma.az
close
up
RU
“Epşteyn faylları”nda Vladimir Jirinovski: rus ultramillətçisinin adı pedofil qalmaqalının kölgəsində

“Epşteyn faylları”nda Vladimir Jirinovski: rus ultramillətçisinin adı pedofil qalmaqalının kölgəsində

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Ədliyyə Nazirliyinin açıqladığı və artıq qlobal rezonans doğuran yeni “Epşteyn faylları” dünya siyasətində tanınmış bir sıra fiqurların adlarını yenidən gündəmə gətirib.

Açıqlanan sənədlərdə Rusiyanın ultramillətçi siyasətçisi, LDPR-in lideri (artıq ölüb) Vladimir Jirinovskinin adı da yer alır və bu fakt təkcə hüquqi deyil, həm də ciddi siyasi-mənəvi müzakirələr doğurur.

Sənədlərə əsasən, maliyyəçi-pedofil Ceffri Epşteynin saxladığı materiallarda Jirinovski ilə bağlı qeydlər mövcuddur. Həmin materiallarda rus siyasətçisi son dərəcə ağır və ifşaedici ifadələrlə təsvir olunur. Epşteynin çevrəsinə daxil olan analitik yazışmalarda Jirinovski “kloun-millətçi” kimi təqdim edilir və onun azyaşlı oğlanlara qarşı qeyri-etik davranışlara meylli olduğu iddia olunur. Bu qeydlər, Epşteynin şəxsi arxivində saxladığı materiallar arasında yer alıb və artıq ABŞ məhkəmə sənədlərinin bir hissəsi kimi ictimaiyyətə açılıb.

Məlumata görə, Jirinovskinin adı fayllarda bir neçə dəfə keçir. Bu, təsadüfi bir istinad deyil. Sənədlərdə onun Rusiya siyasətindəki rolu, aqressiv ritorikası, populist çıxışları və şəxsi davranışları ilə bağlı qeydlər yer alır. Xüsusilə də Epşteyn işi çərçivəsində aparılan araşdırmalarda, beynəlxalq səviyyədə tanınmış, qalmaqallı və kompromatla assosiasiya olunan fiqurların ayrıca “portret”lərinin hazırlandığı bildirilir. Jirinovski də həmin siyahıda yer alan adlardan biridir.

Bu ifşalar Jirinovskinin illər boyu formalaşdırdığı “siyasi şoumen”, “təxribatçı tribun” imicinə tamam fərqli, daha qaranlıq bir çalar əlavə edir. Xatırladaq ki, Jirinovski sağlığında dəfələrlə kobud, etik çərçivələri aşan çıxışları, qadınlara və azlıqlara qarşı təhqiramiz davranışları ilə gündəmə gəlmişdi. İndi isə onun adı dünyanın ən böyük pedofiliya və istismar qalmaqallarından biri olan Epşteyn işi ilə yanaşı çəkilir.

Epşteyn işi: qalmaqalın yeni mərhələsi

Son açıqlanan sənədlər Epşteyn qalmaqalının hələ də bitmədiyini göstərir. ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan milyonlarla səhifəlik materialda Epşteynin əlaqələri, yazışmaları, qeydləri və müxtəlif ölkələrdən nüfuzlu şəxslərlə bağlı topladığı məlumatlar yer alır. Bu fayllar arasında siyasətçilər, iş adamları, media nümayəndələri və müxtəlif təsir qruplarına daxil olan şəxslər haqqında kompromat xarakterli materiallar mövcuddur.

Yeni mərhələdə əsas diqqət çəkən məqamlardan biri də odur ki, sənədlər təkcə ABŞ daxilində deyil, beynəlxalq miqyasda tanınmış şəxsləri də əhatə edir. Bu isə Epşteyn şəbəkəsinin qlobal xarakter daşıdığını bir daha təsdiqləyir. Bir çox ekspertlərin fikrincə, yayımlanan materiallar hələ son deyil və növbəti mərhələlərdə daha sarsıdıcı adlar da üzə çıxa bilər.

Qlobal rezonans və siyasi kölgə

Jirinovskinin adının bu kontekstdə hallanması Rusiyanın siyasi keçmişinə də yeni baxış formalaşdırır. Kremlə yaxınlığı, sistem daxilində “idarə olunan radikal” rolunu oynaması ilə tanınan Jirinovski uzun illər Rusiyada ictimai rəyin manipulyasiyasında mühüm fiqur olub. İndi isə onun adı təkcə siyasi populizm yox, həm də ağır mənəvi və etik iddialarla yanaşı çəkilir.

Bu fakt bir daha göstərir ki, Epşteyn işi sadəcə fərdi bir cinayət dosyesi deyil. Bu, qlobal elitaların qaranlıq əlaqələrini, toxunulmaz sayılan fiqurların gizli tərəflərini üzə çıxaran nəhəng bir ifşa mexanizmidir. Jirinovski ilə bağlı ortaya çıxan məqamlar da bu zəncirin Rusiyaya uzanan halqalarından biri kimi qiymətləndirilir. /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Fevral 2026 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see702

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see327

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see298

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see283

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see262

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see234

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see210

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see191

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see185

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see183

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see180

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see177

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see165

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see165

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see164

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see161

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see158

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri