“Epşteyn işi ilə bağlı onlarla sənəd açıqlamayıb” CNN
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“ABŞ-ın Ədliyyə Nazirliyi pedofil maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı onlarla şahidin dindirilməsinə dair protololları açıqlamayıb”.
525.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd olunub ki, dəlillər siyahısına təxminən 325 Federal Təhqiqat Bürosunun (FTB) qeydləri daxildir, lakin onlardan təxminən dörddə biri - 90 qeyd Ədliyyə Nazirliyinin veb saytında açıqlanmayıb.
Məlumata görə, onların arasında Epşteynin 13 yaşından etibarən dəfələrlə cinsi təcavüzə məruz qoyduğu qadının üç dindirmə protokolu da var.
ABŞ Ədliyyə Nazirliyinin sözçüsü isə öz növbəsində hər hansı sənədin silindiyini təkzib edib: "Biz heç nəyi silmədik və həmişə dediyimiz kimi, bütün müvafiq sənədlər dərc edilib".
O, nəşrə daxil olmayan sənədlərin ya təkrarlandığını, ya da davam edən araşdırmalarda istifadə edildiyini söyləyib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 25 Fevral 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















