Icma.az
close
up
RU
Epşteyn ona 100 milyon dollar vəsiyyət edib SİRLİ STOMATOLOQ

Epşteyn ona 100 milyon dollar vəsiyyət edib SİRLİ STOMATOLOQ

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Ceffri Epşteynin arxivinin dərc olunmasından sonra onun təkcə ünsiyyətdə olduğu şəxslərin deyil, həm də sərvətini vəsiyyət etdiyi insanların adları məlum olub.

Modern.az xəbər verir ki, Epşteynin ölümündən iki gün əvvəl tərtib etdiyi trast (etimad) müqaviləsindən aydın olur ki, onun əsas varisi Belarusdan olan Karina Şulyak adlı stomatoloq olmalı idi. Bu, Epşteynin evlənməyi planlaşdırdığı və ölümündən əvvəl onunla sonuncu dəfə danışan qadındır. Epşteyn ona on milyonlarla dollar vəsiyyət edib. Lakin onun bu pulları alıb-almadığı hələ də məlum deyil.

Epşteyn ölümündən iki gün əvvəl varislərini sadalayan sənəd tərtib edib

ABŞ Ədliyyə Nazirliyi tərəfindən yanvarın 30-da açıqlanan Ceffri Epşteynə aid sənədlərin son və ən böyük hissəsində maliyyəçinin vəsiyyəti rolunu oynadığı ehtimal edilən trast müqaviləsi yer alıb. Epşteynin ölümündən iki gün əvvəl tərtib etdiyi 32 səhifəlik bu sənəddə onun ölümündən sonra sərvətinin kimlərə miras qalacağı göstərilib.

Ceffri Epşteyn 2019-cu il avqustun 10-da Nyu-York həbsxanasındakı kamerasında ölü tapılıb. O, yetkinlik yaşına çatmayanlar da daxil olmaqla insan alveri və seksual istismar məqsədilə cinayət ittihamları ilə həbs edilmişdi. Rəsmi versiyaya görə, Epşteyn intihar edib, baxmayaraq ki, onun öldürüldüyünü iddia edən konspirasiya nəzəriyyələri də mövcuddur.

2019-cu ildə Epşteynin sərvəti təxminən 600 milyon dollar dəyərində qiymətləndirilirdi. 2025-ci ilə aid məhkəmə sənədlərində isə bu məbləğin 127 milyon dollara düşdüyü qeyd olunur. Bununla belə, ABC News-un sənədi təhlil edərək bildirdiyinə görə, Epşteyn vəsiyyətində 288 milyon dolları, həmçinin bir sıra daşınmaz əmlak obyektlərini bölüşdürüb.

Epşteynin istəyinə əsasən, ölümündən sonra onun sərvəti təxminən 40 benefisiar arasında bölünməli idi. Onların arasında qardaşı Mark Epşteyn, 20 il müddətinə azadlıqdan məhrum edilən (yetkinlik yaşına çatmayanların Epşteyn və onun nüfuzlu dostları ilə cinsi əlaqəyə cəlb olunmasına görə) Gileyen Maksuell, eləcə də onunla işləyən şəxslər - məsələn, şəxsi pilotu Lerri Viskoski də var idi. Sənəddə bəzi benefisiarların adları məxfi saxlanılıb.

Trast müqaviləsinə əsasən, Gileyen Maksuell və Mark Epşteynin hər biri 10 milyon dollar almalı idi. Müqaviləni imzalayan və onun icraçıları olan mühasib Riçard Kan üçün 25 milyon, vəkil Darren İndayk üçün isə 50 milyon dollar nəzərdə tutulmuşdu. Epşteynin əsas varisi isə onun evlənməyi planlaşdırdığı Karina Şulyak olub. O, 100 milyon dollar, 48 almaz, Epşteynin almaz üzüyü, eləcə də onun daşınmaz əmlakını - Paris və Nyu-Yorkdakı mənzilləri, Nyu-Meksikodakı rançosunu və Karib dənizindəki şəxsi adası Litl-Sent-Ceymsi miras almalı idi. Epşteyn həmin adada tez-tez məclislər təşkil edirdi.

Epşteynin əsas varisi Karina Şulyak Belarusludur

Ceffri Epşteynin Karina Şulyak adlı yol yoldaşı barədə ilk məlumatlar 2020-ci ilin yazında yayılıb. Həmin vaxt New York Daily News qəzeti yazmışdı ki, Epşteyn ölümündən əvvəl sonuncu dəfə onunla danışıb. The New York Times-ın məlumatına görə, Epşteyn 2019-cu il avqustun 9-u axşam saatlarında ona zəng edib. Telefon danışığı 15 dəqiqə davam edib və qeydə alınmayıb. Mühafizəçi kiminlə danışdığını soruşanda Epşteyn anasına zəng etdiyini deyib (halbuki anası 2004-cü ildə vəfat etmişdi). Zəngdən sonra o, kamerasına qayıdıb və səhəri gün asılmış vəziyyətdə tapılıb.

Karina Şulyak Belarusdandır. O, Minsk şəhərində yerləşən 2 saylı məktəbdə oxuyub və müəllimləri onu rəqsə marağı olan sakit və təvazökar qız kimi xatırlayırlar, deyə The Daily Mail yazıb. Məktəbi bitirdikdən sonra Karina Belarus Dövlət Tibb Universitetinə daxil olub. 2009-cu ildə, 20 yaşında olarkən “Work and Travel” proqramı ilə ilk dəfə ABŞ-a gedib. Ehtimal olunur ki, həmin il və ya növbəti il Epşteynlə məhz bu vaxt tanış olub.

Bu tanışlıq Epşteynin seks cinayətkarı kimi məhkum edilməsindən az sonra baş verib. Həmin dövrdə ondan demək olar ki, hamı üz döndərmişdi, lakin Karina yox, - deyə 2020-ci ildə The Daily Mail anonim mənbəyə istinadən yazıb. Mənbənin sözlərinə görə, Karina “səmimi, mehriban və dürüst insan” idi və Epşteynin yanında pul üçün deyil, ona “dəlicəsinə aşiq olduğu” üçün qalmışdı.

Epşteyn Karinanın Kolumbiya Universitetində stomatologiya üzrə təhsil haqqını ödəyib (bu ixtisas üzrə o, Belarusda da təhsil almışdı) və iş icazəsi almasına kömək edib, baxmayaraq ki, sonda Karina stomatoloq kimi işləməyib. O, həmçinin Karinanın anasının ABŞ-da bahalı müalicəsini də maliyyələşdirib. Belarus jurnalistlərinin araşdırmasına görə, 2010-cu illərin ortalarında Epşteyn dəfələrlə Belarus vizası alsa da, ölkəyə gəlməyib. Bunun əvəzində Minskdə mənzil aldığı, Karinanın valideynlərinə azı 100 min dollar köçürdüyü və onları bir neçə dəfə ABŞ-da qəbul etdiyi bildirilir. Valideynləri isə bayramlar münasibətilə ona təbrik məktubları göndəriblər.

Qurbanlara ödənilən kompensasiyalar səbəbindən Karina mirası ala bilməmiş ola bilər

Karinanın Epşteynin “masajçıları” barədə məlumatlı olub-olmadığı və ya onun seks cinayətlərində iştirak edib-etmədiyi bilinmir. Epşteynin arxivində 2013-cü ilə aid bir mesaj var ki, orada o, Karinanı “masaj otağına kimin girib-çıxdığını izləməyi öz haqqı hesab etdiyi” üçün qınayır. The Daily Mail-ə danışan mənbə bildirib ki, Epşteynin ətrafında Karinanı “inspektor” adlandırırdılar, çünki o, Epşteyni dəlicəsinə qısqanır və daim kimlə ünsiyyətdə olduğunu soruşurdu.

New York Daily News-un yazdığına görə, Şulyak Epşteyn tərəfindən seksual istismara məruz qalmayıb və onun sevgisinə səmimi şəkildə inanıb. Bununla belə, tabloidlərin məlumatına əsasən, o, Epşteynin çevrəsindən olan Cennifer Kalin adlı qadınla saxta nikah yolu ilə ABŞ-da daimi yaşayış hüququ əldə edib. Epşteyn qurbanlarının vəkillərindən biri Siqrid Makkouli izah edib ki, belə saxta eynicinsli nikahlar Epşteynə bəyəndiyi qızları ABŞ-da saxlamağa imkan verirdi.

Karinaya qarşı Epşteyn işi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən hər hansı iddianın irəli sürüldüyü barədə məlumat yoxdur.

New York Daily News-un məlumatına görə, Epşteynlə Karina Şulyak arasında son telefon danışığında onun intihar etməyə hazırlaşdığını göstərən heç bir əlamət olmayıb. The Daily Mail yazır ki, Epşteynin ölümündən sonra Karina depressiyaya düşüb. Nəşrin mənbəsi onun Epşteyndən qalan yığımlar hesabına yaşadığını və “vəsiyyətə ümid etdiyini” bildirib.

Ehtimal olunur ki, Epşteynin ölümündən altı ildən çox vaxt keçməsinə baxmayaraq, Karina Şulyak hazırda Nyu-Yorkda yaşayır. Onun miras alıb-almadığı və hansı məbləğdə aldığı bilinmir. The New York Times qeyd edir ki, vergilər və qurbanlara ödənilən kompensasiyalar səbəbindən Epşteynin sərvəti əhəmiyyətli dərəcədə azalıb. Epşteynin vəsiyyətinin icraçıları Riçard Kan və Darren İndaykın vəkili Daniel Vayner bildirib ki, qurbanların tələbləri tam ödənilməyənə qədər heç bir benefisiar “bir sent belə” almayacaq. Onun sözlərinə görə, Kan və İndayk indiyədək qurbanlara 170 milyon dollar ödəyiblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Fevral 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri