Icma.az
close
up
RU
Epşteynin ölüm gecəsinin videosunda yoxa çıxan kadr aşkarlandı: Görüntüdə nə gizlədilib?

Epşteynin ölüm gecəsinin videosunda yoxa çıxan kadr aşkarlandı: Görüntüdə nə gizlədilib?

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

ABŞ-li maliyyəçi Cefri Epşteynin öldüyü gecə həbsxananın müşahidə kameraları tərəfindən qeydə alınan yeni videogörüntülər ortaya çıxıb.

Bu yaxınlarda dərc olunan görüntülərdə uşaq alverində günahlandırılan maliyyəçinin həbsxana kamerasının çölündə çəkilən və daha əvvəl yoxa çıxdığı iddia edilən birdəqiqəlik kadrlar əks olunub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "The New York Post" nəşri məlumat verib.

Məlumata görə, yayımlanan görüntülərdə həmin bir dəqiqə ərzində həbsxana blokundan kənarda heç nəyin baş vermədiyi görünür.

Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi maliyyəçinin öldüyü gecədən 11 saatlıq videoqeyd yayımlayıb ki, görüntülərdə onun kamerasının kənarındakı dəhliz əks olunub. Bu, Epşteynin həyatına sui-qəsd cəhdinin olmadığını sübut etməli idi. Lakin yayılan videogörüntülərdə birdəqiqəlik boşluq aşkar edilib ki, bu da məlumatların gizlədilməsi ilə bağlı çox sayda mübahisənin və fərziyyənin yaranmasına səbəb olub. İyulun 8-də ABŞ-nin baş prokuroru Pem Bondi videolentdəki çatışmayan fraqmentlə bağlı dindirilib. Onun sözlərinə görə, ABŞ Federal Həbsxanalar Bürosu ona bildirib ki, təqdim edilən videoqeydlərdə bir dəqiqənin yoxa çıxması videokamera plyonkasının dəyişdirilməsi ilə əlaqədar olub.

Xatırladaq ki, maliyyəçi Cefri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Prokurorluq bəyan edib ki, onun 2002-2005-ci illərdə ən kiçiyi 14 yaşında olmaqla, onlarla azyaşlı qızın Manhettendəki evinə səfərlər təşkil etdiyinə dair sübutlar var. Epşteynin dostları və tanışları çevrəsində təkcə ABŞ-nin deyil, həmçinin bir çox başqa ölkələrin indiki və təqaüdə çıxmış çox sayda vəzifəli şəxsi (o cümlədən keçmiş dövlət başçıları), iri sahibkarlar və şou-biznes ulduzları olub. ABŞ-də maliyyəçinin cinayət təqibi 2019-cu il avqustun 10-da onun həbsxana kamerasında intihar etməsindən sonra dayandırılıb.

Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp və komandasının üzvləri keçən il seçki kampaniyası çərçivəsində dəfələrlə Epşteynin işi üzrə istintaq sənədlərini məxfilikdən çıxaracaqlarına və bu məsələdə maksimum dərəcədə şəffaflığı təmin edəcəklərinə söz vermişdilər. Tramp, Bondi və ABŞ Administrasiyasının digər rəsmilərinin açıqlamaları ölkənin hazırkı prezidentinin tərəfdarlarının əhəmiyyətli bir hissəsi arasında qəzəb fırtınası doğurub. Bu seçicilər Epşteynin işi ilə bağlı məlumatların tam şəkildə dərc olunmasını tələb edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Sentyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri