Icma.az
close
up
RU
Əqidə və prinsipiallıq manifesti

Əqidə və prinsipiallıq manifesti

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri


3 Oktyabr (1993-cü il) Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 32-ci ildönümüdür.

Şəxsiyyət zamandan uca olur, onu qabaqlayır, özü tarix yazır, ölkəsinin, millətinin, xalqının taleyüklü çətinliklərini dəf edir, gələcək nəsillər üçün vətəninin inkişaf yolunu göstərir.
Ulu öndər Heydər Əliyev xalqımızın həyatında müstəsna rol oynayan, Azərbaycanın milli inkişaf konsepsiyasını formalaşdıran, tarixi özü yazan əbədiyaşar şəxsiyyət və liderdir.
Məlum olduğu kimi, müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya hökm sürür, daxili çəkişmələr özünün ən yüksək həddinə çatmışdı. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Xalq bu ağır vəziyyətdən xilas yolunu yalnız Heydər Əliyevin şəxsiyyətində gördü və 1993-cü ildə ona müraciət etdi. Ulu öndərin xalq tərəfindən sevilərək, təkidlə hakimiyyətə dəvət edilməsinin səbəbləri var idi. 1970–1980-ci illərdə həyata keçirdiyi böyük quruculuq və inkişaf siyasəti, ən çətin anlarda xalqla bir olması, 20 Yanvar hadisələrinə verdiyi obyektiv siyasi qiymət, Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə bölgəni qoruyub saxlaması, 1991-ci ildə Naxçıvan Ali Sovetində Kommunist Partiyasının fəaliyyətinin dayandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağının rəsmi şəkildə qəbul edilməsi və muxtariyyətin adından “Sovet Sosialist” sözlərinin çıxarılması kimi addımlar xalqın ona olan inamını daha da artırmışdı.
1993-cü ildə vəziyyət son dərəcə gərgin idi. Dövlət idarə olunmurdu, ölkə təhlükə içində idi. Hətta o dövrdə hakimiyyətdə olan qüvvələr belə, Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Heydər Əliyev hər nə qədər siyasətə qayıtmaq niyyətində olmasa da, respublikada baş verən ədalətsizliklər onu narahat edirdi. Naxçıvan Ali Məclisinin sədri kimi vəziyyəti dərindən təhlil edən Heydər Əliyev, ziyalıların – tarixi “91-lər”in müraciətini cavabsız qoymadı və Yeni Azərbaycan Partiyasının yaradılmasına razılıq verdi. Onun bu qərarı Heydər Əliyev şəxsiyyətinin əqidə və prinsipiallıq manifesti idi. Qısa müddətdə Yeni Azərbaycan Partiyası xalqın partiyasına çevrildi.
1993-cü il iyunun 9-da Heydər Əliyevin Bakıya gəlişi xalqın taleyi ilə bağlı narahatlıqlara son qoydu. 15 İyun 1993-cü ildə o, Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və bununla da ölkəmizin siyasi tarixində yeni mərhələ başlandı. 3 Oktyabr 1993-cü il prezident seçkilərində xalqın 98,8 faiz səsini toplayan Heydər Əliyev, Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi, müstəqilliyimizi əbədi və dönməz etdi.
Ulu öndər Heydər Əliyev Azərbaycanı qısa müddətdə sabitliyə, inkişaf və tərəqqiyə çıxardı. Onun hakimiyyəti illərində dövlət institutları formalaşdı, iqtisadi islahatlar başlandı, milli ordumuz yaradıldı, beynəlxalq əlaqələr möhkəmləndi. Ən əsası, xalqımıza müstəqilliyin əsl mahiyyəti anladıldı, milli birlik və həmrəylik bərpa edildi.
Prezident İlham Əliyevin 2018-ci ildə söylədiyi kimi: “Əslində, bizim müstəqil tariximiz 1993-cü ildən başlayır. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi dövlət müstəqilliyimizin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir.”
Heydər Əliyev siyasi kursu – milli dəyərlərlə qlobal düşüncənin vəhdətinə əsaslanan, dövlətçilik fəlsəfəsini özündə birləşdirən bir inkişaf modelidir. Bu kurs müstəqilliyini qorumaq və gücləndirmək istəyən dövlətlər üçün sınaqlardan keçmiş bir nümunədir. Məhz bu siyasət sayəsində Azərbaycan dünya birliyində öz layiqli yerini tutdu.
Ulu öndərin layiqli davamçısı İlham Əliyev bu siyasi kursu uğurla davam etdirərək, ölkəmizi müasir dövrün çağırışlarına cavab verən güclü, qalib və nüfuzlu dövlətə çevirdi. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu Qələbə Heydər Əliyev ideyalarının həyatdakı ən möhtəşəm təcəssümü oldu.
Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, yeni şəhərlər, yollar, hava limanları, energetika və kommunikasiya infrastrukturları inşa edilir. Azərbaycan artıq regionun enerji, nəqliyyat və logistika mərkəzinə çevrilib. Zəngəzur dəhlizi, Orta Dəhliz, Şimal-Cənub və digər beynəlxalq layihələr ölkəmizin strateji əhəmiyyətini artırır. Sosial rifah, rəqəmsal iqtisadiyyat, yaşıl enerji siyasəti və COP29 kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməyimiz Azərbaycanın qlobal miqyasda nüfuzunu göstərir.
Bütün bu uğurlar Heydər Əliyev tərəfindən təməli qoyulan siyasi kursun, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və xalq–dövlət birliyinin nəticəsidir.
Bu gün müasir müstəqil Azərbaycan Ulu öndərin ideyaları üzərində yüksəlir. Onun yaratdığı dövlətçilik məktəbi, milli inkişaf strategiyası və müstəqillik fəlsəfəsi Azərbaycan xalqının gələcək nəsillərinə yol göstərən əbədi mayakdır. Heydər Əliyev yolu – Azərbaycanın müstəqillik, güc və qürur yoludur!
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://reyting.az
archiveBu xəbər 03 Oktyabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri