Icma.az
close
up
RU
Onun bu qərarı əqidə və prinsipiallıq manifesti idi KOMİTƏ SƏDRİ YAZIR

Onun bu qərarı əqidə və prinsipiallıq manifesti idi KOMİTƏ SƏDRİ YAZIR

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Sadiq QURBANOV, 

Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri

3 oktyabr 1993 – Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 32-ci ildönümüdür.

Şəxsiyyət zamandan uca olur, onu qabaqlayır, özü tarix yazır, ölkəsinin, millətinin, xalqının taleyüklü çətinliklərini dəf edir, gələcək nəsillər üçün vətəninin inkişaf yolunu göstərir. Ulu Öndər Heydər Əliyev xalqımızın həyatında müstəsna rol oynayan, Azərbaycanın milli inkişaf konsepsiyasını formalaşdıran, tarixi özü yazan əbədiyaşar şəxsiyyət və liderdir.

Məlum olduğu kimi, müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya hökm sürür, daxili çəkişmələr özünün ən yüksək həddinə çatmışdı. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Xalq bu ağır vəziyyətdən xilas yolunu yalnız Heydər Əliyevin şəxsiyyətində gördü və 1993-cü ildə ona müraciət etdi. Ulu Öndərin xalq tərəfindən sevilərək, təkidlə hakimiyyətə dəvət edilməsinin əsas səbəbləri vardı. 1970–1980-ci illərdə həyata keçirdiyi böyük quruculuq və inkişaf siyasəti, ən çətin anlarda xalqla bir olması, 20 Yanvar hadisələrinə verdiyi obyektiv siyasi qiymət, Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə bölgəni qoruyub saxlaması, 1991-ci ildə Naxçıvan Ali Sovetində Kommunist Partiyasının fəaliyyətinin dayandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağının rəsmi şəkildə qəbul edilməsi və muxtariyyətin adından “Sovet Sosialist” sözlərinin çıxarılması kimi addımlar xalqın ona olan inamını daha da artırmışdı.

1993-cü ildə vəziyyət son dərəcə gərgin idi. Dövlət idarə olunmurdu, ölkə təhlükə içində idi. Hətta o dövrdə hakimiyyətdə olan qüvvələr belə, Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Heydər Əliyev hər nə qədər siyasətə qayıtmaq niyyətində olmasa da, respublikada baş verən ədalətsizliklər onu narahat edirdi. Naxçıvan Ali Məclisinin Sədri kimi vəziyyəti dərindən təhlil edən Heydər Əliyev, ziyalıların – tarixi “91-lər”in müraciətini cavabsız qoymadı və Yeni Azərbaycan Partiyasının yaradılmasına razılıq verdi. Onun bu qərarı Heydər Əliyev şəxsiyyətinin əqidə və prinsipiallıq manifesti idi. Qısa müddətdə Yeni Azərbaycan Partiyası xalqın partiyasına çevrildi.

1993-cü il iyunun 9-da Heydər Əliyevin Bakıya gəlişi xalqın taleyi ilə bağlı narahatlıqlara son qoydu. 15 iyun 1993-cü ildə o, Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və bununla da ölkəmizin siyasi tarixində yeni mərhələ başlandı. 3 oktyabr 1993-cü il prezident seçkilərində xalqın 98,8 faiz səsini toplayaraq Prezident seçilən Heydər Əliyev, Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi, müstəqilliyimizi əbədi və dönməz etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycanı qısa müddətdə sabitliyə, inkişaf və tərəqqiyə çıxardı. Onun hakimiyyəti illərində dövlət institutları formalaşdı, iqtisadi islahatlar başlandı, milli ordumuz yaradıldı, beynəlxalq əlaqələr möhkəmləndi. Ən əsası isə, xalqımıza müstəqilliyin əsl mahiyyəti anlatıldı, milli birlik və həmrəylik bərpa edildi.

Prezident İlham Əliyevin 2018-ci ildə söylədiyi kimi: “Əslində, bizim müstəqil tariximiz 1993-cü ildən başlayır. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi dövlət müstəqilliyimizin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir.”

Heydər Əliyev siyasi kursu – milli dəyərlərlə qlobal düşüncənin vəhdətinə əsaslanan, dövlətçilik fəlsəfəsini özündə birləşdirən bir inkişaf modelidir. Bu kurs müstəqilliyini qorumaq və gücləndirmək istəyən dövlətlər üçün sınaqlardan keçmiş bir nümunədir. Məhz bu siyasət sayəsində Azərbaycan dünya birliyində öz layiqli yerini tutdu.

Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev bu siyasi kursu uğurla davam etdirərək, ölkəmizi müasir dövrün çağırışlarına cavab verən güclü, qalib və nüfuzlu dövlətə çevirdi. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu Qələbə Heydər Əliyev ideyalarının həyatdakı ən möhtəşəm təcəssümü oldu.

Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, yeni şəhərlər, yollar, hava limanları, energetika və kommunikasiya infrastrukturları inşa edilir. Azərbaycan artıq regionun enerji, nəqliyyat və logistika mərkəzinə çevrilib. Zəngəzur dəhlizi, Orta Dəhliz, Şimal-Cənub və digər beynəlxalq layihələr ölkəmizin strateji əhəmiyyətini artırır. Sosial rifah, rəqəmsal iqtisadiyyat, yaşıl enerji siyasəti və COP29 kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməyimiz Azərbaycanın qlobal miqyasda nüfuzunu göstərir.

Bütün bu uğurlar Heydər Əliyev tərəfindən təməli qoyulan siyasi kursun, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və xalq–dövlət birliyinin nəticəsidir.

Bu gün müasir müstəqil Azərbaycan Ulu Öndərin ideyaları üzərində yüksəlir. Onun yaratdığı dövlətçilik məktəbi, milli inkişaf strategiyası və müstəqillik fəlsəfəsi Azərbaycan xalqının gələcək nəsillərinə yol göstərən əbədi mayakdır. Heydər Əliyev yolu – Azərbaycanın müstəqillik, güc və qürur yoludur!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Oktyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri