Icma.az
close
up
RU
Əqli Mülkiyyət Agentliyinin KOBİA və ÜƏMT ilə birgə həyata keçirdiyi layihə başa çatıb

Əqli Mülkiyyət Agentliyinin KOBİA və ÜƏMT ilə birgə həyata keçirdiyi layihə başa çatıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə “İqtisadi artım və rəqabətqabiliyyətlilik üçün əqli mülkiyyət aktivlərindən istifadə etmək məqsədilə Azərbaycanın aqrar-ərzaq sektorunda mikro və kiçik biznesin dəstəklənməsi” layihəsi başa çatıb.

Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, Agentliyin İdarə Heyətinin üzvü Sənan Tapdıqov ölkədə sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə danışıb. S.Tapdıqov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların iqtisadi fəallığın və sərbəst rəqabətin gücləndirilməsinə yönəldiyini xüsusilə vurğulayıb. O, layihənin vacibliyinə toxunaraq qeyd edib ki, bu işin reallaşdırılması ideyası 2023-cü ilin iyun ayında ÜƏMT-nin baş direktorunun müavini Hasan Kleybin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı aparılan müzakirələr nəticəsində formalaşıb. S.Tapdıqov qeyd edib ki, mikro və kiçik biznes subyektləri belə layihə imkanlarından yararlanaraq, bazarda rəqabət qabiliyyətliliyini artırır və dayanıqlı mövqe qazanırlar.

KOBİA-nın İdarə Heyətinin sədr müavini Emil Hüseynli Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin və geniş imkanların yaradıldığını vurğulayıb. Əqli mülkiyyət hüquqlarının qorunmasının biznesin inkişafında mühüm rol oynadığını qeyd edən E. Hüseynli bu hüquqların sahibkarlara öz innovativ məhsul və xidmətlərinin bazarda rəqabət qabiliyyətini artırmağa imkan verdiyini vurğulayıb.

ÜƏMT-nin Əqli Mülkiyyətin İnkişafı Bölməsinin rəhbəri, əqli mülkiyyətin inkişafı üzrə layihə meneceri Lorena Bolanos Pacheco layihənin həyata keçirilməsində dəstəyə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə təşəkkürünü bildirib. O, əqli mülkiyyətin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və iqtisadi inkişafın təşviqindəki rolunu vurğulayıb.

Bağlanış sessiyasında çıxış edən ÜƏMT-nın Mərkəzi Avropa və Baltikyanı ölkələr və Aralıq dənizi ölkələri üzrə bölməsinin əməkdaşı Mihaela Cerbari Simmons həyata keçirilən layihənin məqsədi haqqında məlumat verib.

Türkiyəli beynəlxalq ekspert Arife Yılmaz Topal əqli mülkiyyətin aqroərzaq biznesində aktuallığı, aqro-ərzaq sənayesi üçün coğrafi göstəricilər və onların əhəmiyyəti, aqroərzaq sahəsində əqli mülkiyyətin kommersiyalaşdırılması strategiyalarından danışıb.

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin əməkdaşı Gülcahan Əlimərdanovanın “Azərbaycanın aqrar-ərzaq sektorunda mikro və kiçik sahibkarlıq subyektlərinə iqtisadi artım və rəqabət qabiliyyətlilik üzrə dəstək” mövzusunda təqdimatı olub.

Görüşdə benefisiarlara əmtəə nişanları və bir coğrafi göstəricinin qeydiyyatı haqqında şəhadətnamələr və bir sənaye nümunəsi üzrə patent təqdim edilib.

Tədbirin sonunda əqli mülkiyyətin innovativ sahibkarlığın təşviqindəki rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see298

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see296

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see281

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see251

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see242

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see233

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see228

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see199

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see197

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see193

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see174

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see162

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see157

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see155

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see155

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see150

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see148

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri