Icma.az
close
up
RU
Əqrəb mövsümü serialına görə vəkillərlər qalmaqal: Əks halda, tədbirlər görüləcək...

Əqrəb mövsümü serialına görə vəkillərlər qalmaqal: Əks halda, tədbirlər görüləcək...

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda son dövrlərdə çəkilən ən reytinqli seriallardan biri olan “Əqrəb mövsümü” ilə bağlı qalmaqal yaranıb. Serialda vəkillər haqqında səsləndirilən fikirlər onların şərəf və ləqayətinin alçaldılması kimi qiymətləndirilib.

Bizimyol.info xəbər verir ki, “Əqrəb mövsümü” serialında bundan əvvəl də vəkillərlə bağlı xoşagəlməz fikir səsləndirilmiş və bu, narazılığa səbəb olmuşdu. Lakin son seriyada dialoqda vəkil haqqında açıq şəkildə təhqir xarakterli ifadənin işlədilməsi vəkillərin kəskin etirazına səbəb olub. Məsələ o qədər böyüyüb ki, hətta Vəkillər Kollegiyası da mövqeyini ortaya qoyub.

Qeyd edək ki, birinci narazılıq serialın 8 fevralda yayımlanan seriyasında müstəntiqlə prokuror arasındakı söhbət zamanı vəkil peşəsi haqqında aşağılayıcı fikir səsləndirilməsilə yaranıb. Serialda söhbət zamanı prokuror köməkçisinə ehtiyac olmadığını söyləyir, qarşı tərəf isə ona “göndər, vəkildən zaddan işləsin...” deyir.

O zaman bir çox vəkillər belə yanaşma ilə vəkillik peşəsinin nüfuzuna zərbə vurulduğunu bildirərək, sosial şəbəkələrdə narazılıqlarını ifadə etmişdilər.

Budəfəki – 15 fevralda yayımlanan seriyada isə vəkil haqqında konkret söyüş səsləndirilməsi isə bu peşə sahiblərini qəzəbləndirib.

“Bu serial ikinci dəfədir ki, şərəfli vəkil peşəsini alçaldır. Digər həmkarlarım kimi mən də vəkilliyə qarşı işlədilmiş bu ifadələrə görə həmin serialda bu ifadələrin işlədilməsinə yol verən və şərait yaradan şəxsləri qınayıram. Hesab edirəm ki, ən qısa zamanda şərəfli vəkil peşəsinə qarşı istifadə edilmiş qeyri etik ifadələrə görə serialın ssenaristi Azər Aydəmir və rejissor Emil Quliyev bütün vəkillərdən üzr istəməlidir!”, - vəkil Fərid Qasımov Facebook hesabında yazıb.

Vəkillər Kollegiyası da baş verənlərlə bağlı öz mövqeyini açıqlayıb. Bu qurum bəyan edib ki, “Əqrəb mövsümü” serialında vəkillik peşəsi ilə bağlı səslənən fikirlərin hər hansı bir maneə olmadan efirə verməsi “Media haqqında” Qanunun tələblərinin pozulmasıdır.

“Təəssüf hissi ilə qeyd edirik ki, son günlər İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) efirində yayımlanan “Əqrəb mövsümü” serialında vəkillik peşəsinə qarşı kəskin ifadələr, hətta kobud səslənən sözlər işlədilməsinin şahidi oluruq. Belə ki, serialın 08 fevral 2025-ci il və 15 fevral 2025-ci il tarixlərdə yaymlanan bölümlərində film personajının dili ilə vəkillik peşəsinə dair bəzi xoşagəlməz ifadələri işlədilib. Sözügedən ifadələrin işlədilməsi cəmiyyətdə vəkillik peşəsinə, həmçinin Vəkillər Kollegiyasının nüfuzuna təsirsiz ötüşməyərək vəkillərimizə qarşı mənfi fikir formalaşmasına xidmət etmək gücündədir. Odur ki, vəkillərimizin haqlı narazılığını başa düşür və onlara vəkillik peşəsinin xüsusi özəlliklərindən biri olan səbir nümayiş etdirməyi xahiş edirik”.

Vəkillər Kollegiyasın mətbuat xidmətinin rəhbəri İsmayıl Nəsibli Bizimyol.info xəbər portalına bildirib ki, baş verənlərlə bağlı Vəkillər Kollegiyası tərəfindən qanunauyğun addımlar atılacağı qərara alınıb:

“Yaxın zamanda Audiovizual Şuraya, İctimai Televiziya və Radio Yayımları Şirkətinə və zərurət yarandığı təqdirdə digər qurumlara müvafiq müraciətlər ediləcək. Vəkillər Kollegiyası olaraq, bir daha hər kəsdən xahiş edirik ki, vəkilliyə qarşı münasibətdə etik normalara riayət edilsin, qeyri-etik, əxlaqdan kənar ifadələr işlədilməsin. Əks halda, Vəkillər Kollegiyası tərəfindən qanunamüvafiq tədbirlər görüləcək”.

Serialın ssenaristi Azər Aydəmir isə onların ünvanına səslənən ittihamlarla razılaşmır. O, hesab edir ki, vəkillər bədii materiala həssas, emosional yanaşır. Onun sözlərinə görə, vəkillik, ədalət prinsipləri əsasında fəaliyyət göstərən, qərarlarını soyuqqanlı və obyektiv şəkildə verən, hərəkətlərini təmkinlə idarə edən bir peşədir.

“Azərbaycan kinosu uzun illər senzuradan, ifadə və bədii azadlığın məhdudlaşdırılmasından əziyyət çəkib. Biz cəmiyyəti maraqlandıran mövzulara, plüralizm və ifadə azadlığını kinomuza, televiziyamıza təzə-təzə gətirmək istəyirik ki, bu da müxtəlif qurumlar tərəfindən birmənalı qarşılanır. Bu, narahatlıq doğuran bir faktdır. Elə çıxır ki, siz buna inanmırsınız?! Bu da məyusluq doğurur. Onu da deyim ki, bu cür yanaşmanızla bir Azərbaycan vətəndaşı olaraq mənim gələcəyə olan ümidlərimi sarsıdırsınız. Çünki nə də olmasa siz məndən çox bilirsiniz axı...”, - Azər Aydəmir ittihamlara sosial media hesabından münasibət bildirib.

Serialın ssenaristi əlavə edib ki, serialda özü də müstəntiq Rauf Eyvazov obrazını canlandırır. Həmin müstəntiq də istintaqı düzgün aparmır, hadisələrə obyektiv yanaşmır. Setialdakı polis personajı da düzgün qərarlar qəbul etmir:

“Çünki hər bir filmdə mərkəzi yerdə insan faktoru dayanır. İnsan talelərindən bəhs edilir. İnsan faktoru da hər zaman sovet propaqandasının təşviq etdiyi “Dyadya Styopa” ola bilməz. Əyər-əskiklərimizlə bir KİNO adında Ayna var. Və o ayna evdəki aynadan fərqlənir. Bu, sadəcə, Bədii aynadır”.

“Əqrəb mövsümü” serialı hüquqşünas-yazıçı Ceyhun Hidayətlinin “Əqrəb” romanının motivləri əsasında dram, triller və detektiv janrlarında çəkilən serialdır.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Fevral 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri