Əraqçi: İran tammiqyaslı müharibə vəziyyətindədir
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
ABŞ və İsrailin hücumlarından sonra İran "tammiqyaslı müharibə" vəziyyətindədir və Ali Rəhbər Ayətullah Əli Xameneinin sui-qəsdinin qisasını alacaq.
Xalqcebhesi.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi erməni həmkarı Ararat Mirzoyanla söhbətində bildirib.
İran dövlət televiziyası İslam Respublikasının Xarici İşlər Nazirliyinə istinadən bildirib ki, "Biz tammiqyaslı müharibə vəziyyətindəyik və İran İslam Respublikası bu həyasız hücuma cavab olaraq işğal olunmuş ərazilərə (yəni İsrail ərazisinə) və bölgədəki ABŞ bazalarına zərbələr endirib və lazım olduğu qədər özünü müdafiə etməyə hazır olacaq və şəhid liderinin qanının qisasını alacaq".
Məryəm Quliyeva
Baxış sayı:160
Bu xəbər 02 Mart 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















