Icma.az
close
up
RU
““Erasmus+” proqramı fəaliyyətini dayandırıb” Ofis rəhbəri

““Erasmus+” proqramı fəaliyyətini dayandırıb” Ofis rəhbəri

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Erasmus+” proqramı çərçivəsində bütün fəaliyyətlər faktiki olaraq dayandırılıb.

Sfera az xəbər verir ki, bunu Milli Erasmus ofisinin rəhbəri Pərviz Bağırov öz paylaşımında bildirib. 

O yeni layihələrin qeydiyyatının və mövcud layihələrin icrasının dayandırıldığını qeyd edib. "Əziz dostlar və həmkarlar, son vaxtlar “Erasmus+” proqramı ilə bağlı mənə çoxlu zənglər və mesajlar gəlir. Bütün suallara cavab verməyə çalışsam da, vəziyyətin ümumi izahatını vermək istərdim. Təəssüf ki, “Erasmus+” proqramında bütün fəaliyyətlər qeyri-rəsmi olaraq dayandırılıb. Bu o deməkdir ki, ICM-in yüzlərlə tələbə-müəllim mübadiləsi, CBHE (Amplifying Potential in Higher Education) layihələri, Jean Monnet təşəbbüsləri və digər “Erasmus+” layihələri üzrə heç bir irəliləyiş yoxdur". 

P.Bağırov, həmçinin, Milli Erasmus Ofisinin də bağlanmaq üzrə olduğunu qeyd edərək, bu vəziyyətin proqramın gələcəyi üzərində ciddi təsir yaradacağını bildirib. O, “Erasmus+” layihələrinin Azərbaycanda bir çox yenilikçi layihələrə həyat verdiyini, minlərlə tələbə və müəllimin Avropa universitetlərində təhsil aldığını və ölkənin ali təhsil sisteminin Avropa təhsil sahəsinə inteqrasiyasının sürətləndiyini qeyd edib. Bağırov, hal-hazırda dayandırılan 27 layihənin məzmununu da açıqlayıb. Bu layihələr arasında Azərbaycandakı universitetlərdə araşdırma imkanlarını genişləndirmək, alternativ enerji mənbələri və iqlim dəyişikliyi məsələlərinə yeni yanaşmalar təqdim etmək, enerji səmərəliliyini artırmaq və rəqəmsal transformasiyanı dəstəkləmək kimi mühüm layihələr yer alır. Proqramın ümumi büdcəsinin 20 milyon manat olduğunu qeyd edən Pərviz Bağırov, bu layihələrin dayandırılmasının Azərbaycanın ali təhsil sektoru və beynəlxalq əməkdaşlıq üçün ciddi təsir yaradacağını bildirib. 

O, həmçinin, “Erasmus+” proqramına Azərbaycandakı 32 müxtəlif ali təhsil müəssisəsinin qatıldığını və Avropa universitetləri ilə akademik əməkdaşlığın bu layihələr vasitəsilə inkişaf etdiyini qeyd edib. Pərviz Bağırov, bütün müvafiq qurumlara vəziyyət barədə məlumat verdiklərini və problemin həlli üçün çalışıldığını bildirib. 

Bəsti Rəfizadə
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 Mart 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri