Icma.az
close
up
RU
“Avropanın Erasmus u varsa, türk dünyasının da ortaq təqaüd proqramı ola bilər”

“Avropanın Erasmus u varsa, türk dünyasının da ortaq təqaüd proqramı ola bilər”

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən irəli sürülən “Türk dövlətləri ilə birgə tələbə təqaüdləri təşkil oluna bilər” fikri təhsil siyasətində yeni mərhələnin başlanğıcı ola bilər. Bu təşəbbüs yalnız maliyyə dəstəyi mexanizmi kimi deyil, türk dünyasında vahid təhsil məkanının və elm diplomatiyasının formalaşması baxımından strateji əhəmiyyət daşıyır. Təhlil göstərir ki, belə bir addım həm milli, həm də regional miqyasda yüksək təhsil keyfiyyətinə, insan kapitalının inkişafına və ortaq elmi dəyərlərin formalaşmasına ciddi töhfə verəcək".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən irəli sürülən “Türk dövlətləri ilə birgə tələbə təqaüdləri təşkil oluna bilər” fikrinə münasibət bildirərkən dedi.

"Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5-ci maddəsində qeyd olunur ki, dövlət təhsil sisteminin beynəlxalq əlaqələrinin inkişafını təmin edir və xarici ölkələrlə təhsil sahəsində əməkdaşlıq proqramlarının həyata keçirilməsinə şərait yaradır. Bu maddə türk dövlətləri ilə birgə təqaüd təşəbbüsünə hüquqi əsas yaradır. Bundan başqa, “Elm haqqında” Qanunda elmi fəaliyyətin beynəlmiləlləşdirilməsi və elmi əməkdaşlığın gücləndirilməsi vacib istiqamət kimi göstərilir. Deməli, birgə təqaüdlərin verilməsi təkcə tələbələrin təhsil imkanlarını genişləndirməyəcək, eyni zamanda türk dünyasının ortaq elmi potensialını birləşdirmək üçün real mexanizm yaradacaq. Statistik göstəricilər bu cür əməkdaşlığın zəruriliyini açıq şəkildə təsdiq edir. Hazırda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ümumilikdə 1800-dən çox ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan təxminən 120-si beynəlxalq reytinqlərdə yer alır, lakin bu universitetlərin əksəriyyəti fərdi təqaüd proqramları vasitəsilə tələbə qəbul edir. Məsələn, Türkiyənin “Türkiye Bursları” proqramı 2023-cü ildə 178 ölkədən 5 mindən çox tələbəni qəbul edib. Azərbaycanın dövlət təqaüd proqramı isə 2019–2025-ci illəri əhatə edir və 800-dən artıq xarici tələbəni cəlb edib. Qazaxıstanın “Bolashak” proqramı çərçivəsində 15 mindən çox gənc xaricdə təhsil alıb. Lakin bu proqramlar arasında koordinasiya və qarşılıqlı tanınma mexanizmi yoxdur. Birgə təqaüd proqramı isə bu boşluğu aradan qaldıra bilər. Belə bir təşəbbüs türk dünyasında ortaq təhsil fəlsəfəsinin formalaşmasına təkan verəcək".

Ekspert qeyd etdi ki, təqaüdlər vasitəsilə tələbə mübadiləsinin artması ortaq elmi layihələrin və ikili diplom proqramlarının inkişafına şərait yaradacaq:

"Bunun nəticəsində tələbələr yalnız ixtisas biliklərini deyil, həm də dil, tarix, mədəniyyət və milli dəyərləri birgə öyrənəcəklər. Bu, elm və təhsilin milli kimliklə vəhdətini gücləndirəcək. Müsbət tərəf ondan ibarətdir ki, belə proqramlar milli beyin axınının qarşısını qismən ala bilər. Çünki tələbələr Avropa və ya Amerika istiqamətinə deyil, eyni dəyərləri paylaşdıqları türk ölkələrinə üz tutacaqlar. Bu isə regional miqyasda kadr dövriyyəsinin və əmək bazarının sinxronlaşmasına gətirib çıxaracaq. Digər tərəfdən, bu təşəbbüs bəzi çətinlikləri də gündəmə gətirə bilər. Hazırda türk dövlətlərinin təhsil sistemləri arasında kredit transferi, diplom tanınması, qiymətləndirmə standartları və dil fərqləri tam uyğunlaşdırılmayıb. Buna görə də birgə təqaüd mexanizmi yalnız maliyyə deyil, həm də akademik uyğunluq məsələsini həll etməyi tələb edəcək. Bu istiqamətdə Türk Dövlətləri Təşkilatının elm və təhsil nazirlərinin birgə işçi qrupu yaradılmalı, ortaq “TurkEdu Framework” və ya “TurkQF” (Turk Qualifications Framework) modeli hazırlanmalıdır. Elm və Təhsil Nazirliyinin son illərdə beynəlxalq əməkdaşlığa yönəlik atdığı addımlar “Azərbaycan-Türkiyə Universiteti”nin yaradılması, “AI Academy” kimi müasir layihələr və universitetlərin beynəlxalq reytinqlərə daxil edilməsi  göstərir ki, bu istiqamətdə artıq mühüm təcrübə formalaşıb. Nazirliyin bu təşəbbüsü dəstəkləməsi regionda elmi və akademik diplomatiyanın möhkəmlənməsi üçün çox müsbət addım olacaq.

Dünya təcrübəsində oxşar modellər uğurlu nəticələr verib. Məsələn, Avropa İttifaqının “Erasmus+” proqramı 1987-ci ildən bəri 13 milyondan çox tələbəyə təqaüd imkanı yaradıb və bu, Avropada vahid təhsil məkanının əsasını qoyub. Asiyada “ASEAN Scholarship” və “Silk Road Program” modelləri vasitəsilə regional əməkdaşlıq genişlənib. Türk dünyasında oxşar modelin tətbiqi həm mədəni inteqrasiyanı, həm də təhsil keyfiyyətinin beynəlmiləlləşməsini təmin edəcək. Bu, həm də beynəlxalq reytinqlərdə türk universitetlərinin mövqeyini möhkəmləndirəcək, çünki tələbə və müəllim mübadiləsi, birgə tədqiqat layihələri “QS”, “Times Higher Education” və “CWTS Leiden” kimi sistemlərdə əsas göstəricilərdən biridir".

Müsahibimizin fikrincə, gələcəkdə proqram vasitəsilə türk dövlətləri arasında ortaq tədqiqat fondları yaradıla, “Türk Elmlər Akademiyası”nın nəzdində “Birgə Təqaüd və Qrant Komissiyası” fəaliyyət göstərə bilər:

"Bu, gənclərin yalnız təhsil deyil, həm də elmi fəaliyyət sahəsində regiondaxili miqrasiyasını stimullaşdıracaq. Əgər Azərbaycan bu proqramda aparıcı rolu öz üzərinə götürərsə, bu, Elm və Təhsil Nazirliyinin beynəlxalq imicini daha da möhkəmləndirəcək və ölkəmizi Türk dünyasında elmi koordinasiya mərkəzinə çevirəcək.

Hesab edirəm ki, Berdiməhəmmədovun bu təklifi strateji baxımdan həm siyasi, həm elmi, həm də iqtisadi dəyərə malikdir. Bu təşəbbüsün həyata keçirilməsi ilə türk dövlətləri arasında təhsil diplomatiyası dərinləşəcək, ortaq elmi potensial formalaşacaq və regionun intellektual birliyi möhkəmlənəcək. Elm və Təhsil Nazirliyinin belə bir proqramın icrasına dəstək verməsi, koordinasiyanı öz üzərinə götürməsi və bu ideyanı real mexanizmə çevirməsi, Azərbaycan təhsil siyasətinin beynəlmiləlləşməsi istiqamətində nümunəvi və müasir yanaşma kimi dəyərləndirilməlidir", - deyə Kamran Əsədov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Oktyabr 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri